12px13px15px17px
Tarix:24/11/17

Yuxuya nəzarət edən “ağıllı” üzük yaradılıb

Kiçik kapsulun içərisinə yerləşdirilmiş çoxsaylı sensor yuxu zamanı insan haqda məlumatları toplayır. Bunun üçün, sadəcə, yatmazdan öncə “Go2sleep” qurğusunu barmağa taxmaq lazımdır. “Ağıllı” üzük yuxunun keyfiyyətini qiymətləndirmək üçün daima ürək ritminə, qanda oksigenin miqdarına, arterial nəbz siqnalının gücünə nəzarət edir. Bütün məlumatlar sadə süni intellekt vasitəsilə emal olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, cihaz yuxu ilə bağlı mümkün problemləri müəyyənləşdirməyə kömək edir. Sözügedən üzük apnoe xəstəliyi barədə xəbərdarlıq edir. Bu xəstəlik yuxu zamanı insanın çətin nəfəs alması ilə bağlıdır, nəticədə insan yuxuya gedə bilmir, baş ağrılarından əziyyət çəkə, boğula və xoruldaya bilər.

“Go2sleep” qurğusu “Bluetooth” texnologiyasının köməyi ilə smartfona qoşulur və yuxu haqda məlumatları mobil proqrama ötürür. "Ağıllı" üzük şarjsız 3 gecə işləyir.

“Go2sleep” qurğusunun ilkin sifariş qiyməti 89 dollar təşkil edir.

Emil Hüseynov




Baxış sayı: 356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024