12px13px15px17px
Tarix:24/11/17

Smartfonlar üçün optik qurğu təqdim edilib

“I-O Data” şirkəti mobil qurğular üçün “DVRP-W8AI2” adlı optik qurğu təqdim edib. Yenilik DVD diskdə saxlanılan videoçarx, şəkil və başqa məzmunu smartfon və planşetin ekranında izləməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, optik qurğu mobil cihazlara simsiz üsulla – “Wi-Fi IEEE 802.11ac/n/a/g/b” texnologiyasının köməyi ilə qoşulur. Amma DVD qurğuya yerləşdirilmiş optik daşıyıcıdakı fayllara giriş üçün mobil qurğuya xüsusi proqram quraşdırmaq lazımdır. Qurğunun istehsalçıları “Android 4.2.2” və daha sonrakı, “iOS 8” və daha sonrakı əməliyyat sistemlərinin dəstəkləndiyini bildiriblər.

Sözügedən optik qurğu oxuma rejimindən başqa yazma rejimini dəstəkləyir.

Qurğunun fiziki ölçüləri 145x168x19 mm, çəkisi 430 qr-dır. Qurğu adapter vasitəsilə elektrik şəbəkəsinə qoşulur, amma akkumulyator batareyalarından da istifadə etmək olar.

“I-O Data” şirkəti “DVRP-W8AI2” qurğusunu 2017-ci il noyabrın sonuna kimi satışa çıxarmağı planlaşdırır. Qurğunun təxmini qiyməti 120 avro təşkil edəcək.

Emil Hüseynov




Baxış sayı: 430

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024