12px13px15px17px
Tarix:25/11/17

“Samsung Galaxy S9” smartfonu “iPhone X” modelini əsas göstəriciyə görə üstələyəcək

“Galaxy S9” və “Galaxy S9+” smartfonlarının ekranlarının ön panelin 90 faizini tutacağı gözlənilir. Bu barədə “SamMobile” saytı məlumatlı mənbələrə istinadən bildirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, bu, əvvəlki modellərlə müqayisədə 6 faiz çoxdur. Məlumata görə, istehsalçı bu göstəriciyə aşağı çərçivənin ölçüsünü minimallaşdırmaqla smartfonların populyar “iPhone X” modelinə oxşarlığını artırmaqla nail olacaq.
 
Bildirilir ki, “Galaxy S9” modelinin ekranın onun ön panelinə nisbətinin mümkün artırılması ilə bağlı informasiya oktyabrın sonunda yayılmağa başlayıb. O vaxt mümkün dəyişikliklər yalnız mühəndis çertyojları ilə öz təsdiqini tapıb. Nəticədə hazırlanan dəyişikliklər barədə sübutlar daha da çoxalıb. Bu informasiyanın həqiqətəuyğun olacağı təqdirdə qabaqcıl “Samsung” modellərinin daha kompakt olacağını gözləmək olar.
 
Müxtəlif mənbələrin məlumatına görə, “Samsung Electronics” şirkəti növbəti nəsil qabaqcıl “Galaxy S9” və “Galaxy S9+” smartfonlarını 2018-ci il yanvarın 9-12-də Las-Veqasda keçiriləcək “CES 2018” sərgisində nümayiş etdirə bilər.
“Galaxy S9” və “Galaxy S9+” smartfonlarının dizaynı əvvəlki modellərlə müqayisədə dəyişməz qalacaq. “Star 1” və “Star 2” kod adlı qurğular “SM-G960” və “SM-G965” model sırası ilə göstərilir. Ekranlar da dəyişməz qalacaq - bükük haşiyəli 5,8 və 6,2 düym diaqonallı çərçivəsiz “Super AMOLED” displeylər.
 
Bildirilir ki, “Galaxy S9” və “Galaxy S9+” 10 nanometrlik “Qualcomm Snapdragon 845” prosessoru bazasında ilk və bir müddət yeganə smartfonlar olacaq. Yeni çipdən ABŞ bazarı üçün nəzərdə tutulan “Galaxy S9” modellərində istifadə ediləcək, digər regionlar üçün smartfonun əsasını  10 nanometrlik “Samsung Exynos 9810” platforması təşkil edəcək. 
 
“Galaxy S9+” versiyasının böyük ekranla yanaşı, “Galaxy S9”-da quraşdırılan 4 giqabayta nisbətdə iritutumlu - 6 giqabaytlıq operativ yaddaş, eləcə də “Galaxy Note 8” modelində olduğu kimi, qoşa kamera ilə təchiz ediləcəyi gözlənilir. Bundan başqa, modellər 64 giqabaytlıq quraşdırılmış yaddaş, “microSD” kartları üçün slot və 3,5 millimetrlik çıxışla təchiz olunacaq. Həmçinin “AKG” stereodinamikləri qeyd edilir.
 
Tək və ya qoşa kameradan asılı olmayaraq, hər iki smartfonun arxa panel elementləri barmaq izi skaneri kamera modulu altında olmaqla vertikal şəkilli olacaq.
 
Nizam Nuriyev 




Baxış sayı: 364

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024