12px13px15px17px
Tarix:25/11/17

“Windows 10” sistemli sonuncu smartfon satışa çıxarılıb

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən sonuncu “Wileyfox Pro” smartfonunu satışa çıxarıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, xatırladaq ki, bu ilin oktyabrında korporasiyanın rəsmi nümayəndələri “Windows 10” sisteminin inkişafının dayandırılmasını açıqlayaraq onun dünya əməliyyat sistemləri bazarında uğursuzluğa düçar olmasını etiraf ediblər. Nəticədə o zaman təqdimatı gözlənilən “Wileyfox Pro” smartfonu populyar olmayan əməliyyat sistemli sonuncu qurğu statusunu alıb.
 
Məlumata görə, “Wileyfox Pro” smartfonunun başlıca xüsusiyyətləri “Qualcomm” şirkətinin dördnüəvli “Snapdragon 210” prosessoru, “LTE Cat.4” yüksəksürətli modemi, 2 giqabaytlıq operativ yaddaş və “HD” formatlı 5 düym diaqonallı ekran hesab olunur. “Adreno 304” qrafik kontrolleri “Microsoft” korporasiyasına eyniadlı istehsalçı tərəfindən təqdim olunub. Qurğunun korpusunun ön və arxa tərəfində müvafiq olaraq 8 və 2 meqapikselli kamera quraşdırılıb.
 
“Windows 10” sistemli sonuncu smartfonun qiyməti 250 dollar təşkil edir.   

Nizam Nuriyev 




Baxış sayı: 482

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024