Tarix:25/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, alimlər adi laboratoriya ştammını bağırsaqlarda yaşayan adi “Escherichia coli” insan bakteriyasına modifikasiya ediblər. Nəticədə bakteriyalar ətraf mühitə təsirlərini yazmaqla yanaşı, həmin təsirlərin vaxtını qeydə alıblar.
Yeni işin baş müəllifi Harris Vanın sözlərinə görə, xəstə tərəfindən udulan belə bakteriya həzm yolundan keçən zaman hiss edəcəyi bütün dəyişiklikləri qeydə alaraq indiyədək əlçatan olmayan fenomenlər barədə təsəvvür yaratmağa imkan verəcək. “Bundan başqa, belə texnikadan ətraf mühitin öyrənilməsi və ekologiya və mikrobiologiya sahəsində əsas tədqiqatlar zamanı tətbiq etmək mümkündür”, - o bildirib.
Məlumata görə, H.Vann və laboratoriya mütəxəssisləri əksər bakteriya növlərinin “CRISPR-Cas” immun sisteminin üstünlüklərindən istifadə etməklə mikroskopik maqnitofon yaradıblar. “CRISPR-Cas” yeni nəsil bakteriyaların patogenləri daha effektiv əks etdirməsi üçün viruslardan gələn dezoksiribonuklein turşusunun (DNT) hissələrinin surətini çıxarır. Nəticədə bakterial genomun “CRISPR” nahiyəsi bakteriyanın və onun əvvəlki törəmələrinin yaşadığı bütün bakterial virusların xronoloji qeydlərini toplayır.
Maqnitofonun yaradılması üçün alimlər DNT-nin plazmid adlı hissəsini modifikasiya edərək ona bakterial hüceyrədə kənar siqnala cavab olaraq daha çox surətlər yaratmağa imkan veriblər. Maqnitofonu “idarə edən” və vaxtı qeydə alan ayrıca plazmid yazıcısı “CRISPR-Cas” sisteminin komponentlərini ekspressiya edir. Nəticədə hüceyrənin əhatəsindən asılı olaraq dəyişən siqnalların vaxtını və ardıcıllığını yazan fon ardıcıllıqlarının qatışığı yaradılır. Daha sonra alimlər “CRISPR” nahiyəsini tədqiq edib, yazını oxuyub və xronoloji göstəriciləri toplaya biliblər.
Hazırda sistem eyni anda 3-ədək siqnalı emal edir və bir neçə gün ərzində qeydə alır.
Nizam Nuriyev
Bakterial immun sistemi mikroskopik maqnitofona çevrilib
Kolumbiya Universitetinin Tibb Mərkəzinin tədqiqatçıları bakteriyalardan ibarət maqnitofon yaratmaqla bakterial hüceyrələr tərəfindən xəstəliklərə diaqnoz qoymaqdan tutmuş, ətraf mühitin izlənilməsinə qədər istifadə edilən yeni texnologiyalar sinfi üçün əsas qoyublar.“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, alimlər adi laboratoriya ştammını bağırsaqlarda yaşayan adi “Escherichia coli” insan bakteriyasına modifikasiya ediblər. Nəticədə bakteriyalar ətraf mühitə təsirlərini yazmaqla yanaşı, həmin təsirlərin vaxtını qeydə alıblar.
Yeni işin baş müəllifi Harris Vanın sözlərinə görə, xəstə tərəfindən udulan belə bakteriya həzm yolundan keçən zaman hiss edəcəyi bütün dəyişiklikləri qeydə alaraq indiyədək əlçatan olmayan fenomenlər barədə təsəvvür yaratmağa imkan verəcək. “Bundan başqa, belə texnikadan ətraf mühitin öyrənilməsi və ekologiya və mikrobiologiya sahəsində əsas tədqiqatlar zamanı tətbiq etmək mümkündür”, - o bildirib.
Məlumata görə, H.Vann və laboratoriya mütəxəssisləri əksər bakteriya növlərinin “CRISPR-Cas” immun sisteminin üstünlüklərindən istifadə etməklə mikroskopik maqnitofon yaradıblar. “CRISPR-Cas” yeni nəsil bakteriyaların patogenləri daha effektiv əks etdirməsi üçün viruslardan gələn dezoksiribonuklein turşusunun (DNT) hissələrinin surətini çıxarır. Nəticədə bakterial genomun “CRISPR” nahiyəsi bakteriyanın və onun əvvəlki törəmələrinin yaşadığı bütün bakterial virusların xronoloji qeydlərini toplayır.
Maqnitofonun yaradılması üçün alimlər DNT-nin plazmid adlı hissəsini modifikasiya edərək ona bakterial hüceyrədə kənar siqnala cavab olaraq daha çox surətlər yaratmağa imkan veriblər. Maqnitofonu “idarə edən” və vaxtı qeydə alan ayrıca plazmid yazıcısı “CRISPR-Cas” sisteminin komponentlərini ekspressiya edir. Nəticədə hüceyrənin əhatəsindən asılı olaraq dəyişən siqnalların vaxtını və ardıcıllığını yazan fon ardıcıllıqlarının qatışığı yaradılır. Daha sonra alimlər “CRISPR” nahiyəsini tədqiq edib, yazını oxuyub və xronoloji göstəriciləri toplaya biliblər.
Hazırda sistem eyni anda 3-ədək siqnalı emal edir və bir neçə gün ərzində qeydə alır.
Nizam Nuriyev
Baxış sayı: 385
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet