12px13px15px17px
Tarix:27/11/17

Gələn il dünyada ilk smartfon-termometr buraxılacaq

2018-ci ildə qurğular bazarına “i-MEMS” sistemli dünyanın ilk smartfon-termometrinin çıxarılacağı gözlənilir. Smartfon-termometr istifadəçiyə 0,5 saniyə ərzində bədənin dəqiq temperaturunu öyrənməyə imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, smartfona quraşdırılan mikroelektromexaniki ötürücü sayəsində qurğunun səhvi təxminən 0,01 faiz təşkil edir. Qurğunu hazırlayan Cənubi Koreya mütəxəssislərinin sözlərinə görə, məhsulun buraxılışı 2018-ci ilə planlaşdırılır. Smartfonun qiyməti və hansı ölkələrdə satışa çıxarılacağı barədə məlumat verilmir.
 
Bildirilir ki, smartfon-termometr temperaturu Selsi üzrə mənfi 40 və 200 dərəcə diapazonunda ölçəcək.
 
Ekspertlərin fikrincə, temperaturu dərhal müəyyənləşdirməyə imkan verən ötürücü “Apple” şirkətinin “iPhone” smartfonlarında da quraşdırıla bilər. Bunun sayəsində istifadəçilər sağlamlıq vəziyyətlərini izləmək imkanına malik olacaqlar.

Nizam Nuriyev 




Baxış sayı: 413

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024