Tarix:28/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, bu ilin iyulunda “LG Display” şirkəti “Samsung” televizorları üçün panellərin spesifikasiyasını, eləcə də tədarük həcminin təsdiqini planlaşdırıb. Lakin sazişin imzalanması təxirə salınıb.
Məlumata görə, danışıqlara 2017-ci ilin yanvarında başlanılıb. O zaman “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən bildirib ki, “LG Display” Yaponiyanın “Sharp” şirkətini əvəzləyərək “Samsung” televizorları üçün ekran istehsalçısı olacaq və 2017-ci ildə yeni sifarişlərin yerinə yetirilməsinə başlayacaq. “LG Display” və “Samsung” şirkətləri “LCD” panelləri sahəsində mümkün əməkdaşlıqla bağlı danışıqların aparılmasını rəsmən təsdiq etsələr də, bu barədə ətraflı məlumat verməyiblər.
Bildirilir ki, şirkətlər nəzərdə tutulan sövdələşməni 2016-cı ilin noyabrında “Sharp” istehsalçısı tərəfindən “Samsung” şirkəti ilə imzalanan müqavilənin dayandırılması barədə məlumat verildikdən sonra müzakirə etməyə başlayıblar. Əvvəlcə “Samsung” şirkəti 2017-ci ildə “Sharp”dan 4,5 milyon televizor paneli almağı planlaşdırıb. Sifarişin əksər hissəsini diaqonal üzrə 40, 60 və 70 düym ölçülü ekranlar təşkil edib. “Samsung” şirkəti panelləri “LG Display” ilə yanaşı, “BOE” daxil olmaqla Çin istehsalçılarından satın almağa hazırlaşır.
Nizam Nuriyev
“LG” ekranlı ilk “Samsung” televizorları 2018-ci ildə satışa çıxarılacaq
“Samsung” və “LG” arasında tarixdə ilk dəfə bir şirkətdən digərinə ekranların tədarükü sahəsində əməkdaşlıqla bağlı danışıqlar başa çatıb. “LG” displeylərinin istifadə olunacağı ilk “Samsung” televizorları 2018-ci ildə satışa çıxarılacaq. Tədarük həcminin 100 min ədəd təşkil edəcəyi gözlənilir. Bu barədə “The Investor” nəşri mənbələrə istinadən məlumat verib.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, bu ilin iyulunda “LG Display” şirkəti “Samsung” televizorları üçün panellərin spesifikasiyasını, eləcə də tədarük həcminin təsdiqini planlaşdırıb. Lakin sazişin imzalanması təxirə salınıb.
Məlumata görə, danışıqlara 2017-ci ilin yanvarında başlanılıb. O zaman “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən bildirib ki, “LG Display” Yaponiyanın “Sharp” şirkətini əvəzləyərək “Samsung” televizorları üçün ekran istehsalçısı olacaq və 2017-ci ildə yeni sifarişlərin yerinə yetirilməsinə başlayacaq. “LG Display” və “Samsung” şirkətləri “LCD” panelləri sahəsində mümkün əməkdaşlıqla bağlı danışıqların aparılmasını rəsmən təsdiq etsələr də, bu barədə ətraflı məlumat verməyiblər.
Bildirilir ki, şirkətlər nəzərdə tutulan sövdələşməni 2016-cı ilin noyabrında “Sharp” istehsalçısı tərəfindən “Samsung” şirkəti ilə imzalanan müqavilənin dayandırılması barədə məlumat verildikdən sonra müzakirə etməyə başlayıblar. Əvvəlcə “Samsung” şirkəti 2017-ci ildə “Sharp”dan 4,5 milyon televizor paneli almağı planlaşdırıb. Sifarişin əksər hissəsini diaqonal üzrə 40, 60 və 70 düym ölçülü ekranlar təşkil edib. “Samsung” şirkəti panelləri “LG Display” ilə yanaşı, “BOE” daxil olmaqla Çin istehsalçılarından satın almağa hazırlaşır.
Nizam Nuriyev
Baxış sayı: 434
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet