12px13px15px17px
Tarix:28/11/17

İnsanın əhval-ruhiyyəsini tənzimləyən neyron çipləri yaradılıb

Amerikalı hərbçilər tərəfindən maliyyələşdirilən alimlər insanın əhval-ruhiyyəsinin avtomatik idarə olunması üçün sistem hazırlayıblar. Sistem avtomatik rejimdə beynin aktivliyini izləyir və onun işində xroniki depressiya və başqa psixi pozuntular doğuran nasazlıqları aradan qaldırır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, beynin dərin stimulyasiyası yeni yanaşma deyil. Beynin iş fəaliyyətini dəyişən impulslar buraxan kəllədaxili implantlar Parkinson xəstəliyinin müalicəsində uğurla tətbiq edilir, ancaq əhval-ruhiyyə pozulmaları ilə mübarizədə eyni prinsipi tətbiq etmək cəhdləri indiyədək uğursuz olub.

Yeni implantlar insanın əhval-ruhiyyəsini idarə etmək üçün xüsusi hazırlanıb və daimi deyil, yalnız lazım olduqda işləyirlər. Bundan başqa, terapiyaya hazırlıq çərçivəsində həkimlər müəyyən aktivlik tiplərini əhval-ruhiyyənin pisləşməsi ilə tutuşdurmaq üçün könüllülərin beyninin aktivliyini və əhval-ruhiyyəsini qeydə alıblar. Bundan sonra sistem elə tənzimlənib ki, stimulyasiya yalnız "pis" aktivlik qeydə alındıqda işə düşsün.

Ekspertlərin fikrincə, belə "fərdiləşdirilmiş" və beynin müəyyən siqnallarına cavab olaraq aktivləşdirilən stimulyasiya dərman və psixoterapiya müalicəsi çətin olan xəstələrə kömək edə bilər.

Emil Hüseynov




Baxış sayı: 340

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024