Tarix:29/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, bundan başqa, “HDMI 2.1” interfeysi “HDR” texnologiyası vasitəsilə təsvirin keyfiyyətini təkcə hər səhnədə deyil, eyni zamanda ayrı-ayrı kadrlarda yaxşılaşdırır. Bundan əlavə, yeni interfeys buraxılış qabiliyyətini saniyədə 48 giqabitədək artırmağa imkan verib. Bu, hətta yeni “Displayport 1.4” standartının buraxılış qabiliyyətini (32,4 Qbit/saniyə) geridə qoyur. Müqayisə üçün qeyd edək ki, “HDMI 2.0” standartı 18 Qbit/saniyə, “HDMI 1.4” təxminən iki dəfə az - 10,2 Qbit/saniyə təklif edir.
Məlumata görə, yeni videobirləşdirici versiyası hazırda müasir monitor və televizorların “4K”, o cümlədən, “8K” formatını və ya dinamik “HDR” və ya “eARC” səsi (Dolby Atmos və DTS-X kimi həcmli səslənmə formatlarının dəstəklənməsi üçün ARC reversiv səs kanalının genişləndirilməsi) kimi ən qabaqcıl texnologiyaları dəstəkləməməsi səbəbindən gələcək üçün nəzərdə tutulub. “HDMI 2.1” standartının daha bir üstünlüyü ekranın dəyişən yenilənmə tezliyindən istifadəyə imkan verən “Game Mode VRR” oyun rejimini dəstəkləməsindədir.
Bununla belə, “HDMI 2.1” standartı videointerfeysin əvvəlki versiyaları ilə tam uyğunluq təşkil edir. Əks uyğunluğa malik “48G” kabelləri də əvvəllər buraxılmış “HDMI” qurğuları ilə istifadə oluna bilər.
Nizam Nuriyev
“10K” formatını dəstəkləyən yeni “HDMI” versiyası təsdiqlənib
“HDMI Forum” təşkilatı “HDMI 2.1” videointerfeysinin spesifikasiyasını rəsmən təsdiq edib. Yanvarda “CES 2017” sərgisində rəsmən nümayiş olunan yeni standart gələcək məhsul kimi hazırlanıb. “HDMI 2.1” standartı 120 QHs tezlikli “4K”, 60 QHs tezlikli “8K” formatlı təsvir ölçüsünün dəstəklənməsini, eləcə də təsvirin “10K” formatında göstərilməsini nəzərdə tutur.“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, bundan başqa, “HDMI 2.1” interfeysi “HDR” texnologiyası vasitəsilə təsvirin keyfiyyətini təkcə hər səhnədə deyil, eyni zamanda ayrı-ayrı kadrlarda yaxşılaşdırır. Bundan əlavə, yeni interfeys buraxılış qabiliyyətini saniyədə 48 giqabitədək artırmağa imkan verib. Bu, hətta yeni “Displayport 1.4” standartının buraxılış qabiliyyətini (32,4 Qbit/saniyə) geridə qoyur. Müqayisə üçün qeyd edək ki, “HDMI 2.0” standartı 18 Qbit/saniyə, “HDMI 1.4” təxminən iki dəfə az - 10,2 Qbit/saniyə təklif edir.
Məlumata görə, yeni videobirləşdirici versiyası hazırda müasir monitor və televizorların “4K”, o cümlədən, “8K” formatını və ya dinamik “HDR” və ya “eARC” səsi (Dolby Atmos və DTS-X kimi həcmli səslənmə formatlarının dəstəklənməsi üçün ARC reversiv səs kanalının genişləndirilməsi) kimi ən qabaqcıl texnologiyaları dəstəkləməməsi səbəbindən gələcək üçün nəzərdə tutulub. “HDMI 2.1” standartının daha bir üstünlüyü ekranın dəyişən yenilənmə tezliyindən istifadəyə imkan verən “Game Mode VRR” oyun rejimini dəstəkləməsindədir.
Bununla belə, “HDMI 2.1” standartı videointerfeysin əvvəlki versiyaları ilə tam uyğunluq təşkil edir. Əks uyğunluğa malik “48G” kabelləri də əvvəllər buraxılmış “HDMI” qurğuları ilə istifadə oluna bilər.
Nizam Nuriyev
Baxış sayı: 401
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet