Tarix:30/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Microsoft” şirkəti ilk öncə 2018-ci ilin əvvəlinədək “Windows 10” sistemi ilə işləyən qurğuların sayını 1 milyarda çatdırmağı planlaşdırırdı. Amma sözügedən sistem şirkət rəhbərliyinin istədiyi kimi geniş yayılmadığından şirkət hələ ötən il ilkin planlardan imtina etməli olub. Artıq hər kəsə məlum idi ki, “Windows 10” platformasının 1 milyard qurğuya quraşdırılması üçün müəyyən qədər vaxt lazımdır.
2017-ci ilin əvvəlində “Windows 10” sistemi 500 milyon qurğuya quraşdırılıb. Bir müddət əvvəl “Microsoft” şirkəti “Windows Phone” mobil əməliyyat sisteminin dəstəyindən imtina edib, ona görə yaxın vaxtlarda “Windows 10” sistemli tamamilə yeni smartfonların təqdim ediləcəyini gözləmək lazımdır.
Emil Hüseynov
Dünyada 600 milyon qurğu bu əməliyyat sisteminin idarəetməsi altında işləyir
“Microsoft” korporasiyasının əsas icraçı direktoru Satya Nadella 2017-ci ildə ikinci dəfə şirkətin qabaqcıl əməliyyat sistemindən istifadəsi üzrə rəsmi statistikanı səsləndirib. Beləliklə, hazırda 600 milyon qurğu “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Bu qiymətləndirməyə noutbuklar, “Xbox One” oyun konsolları, “Surface Hub” qurğuları, hətta “HoloLens” artırılmış reallıq qarniturları daxildir.“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Microsoft” şirkəti ilk öncə 2018-ci ilin əvvəlinədək “Windows 10” sistemi ilə işləyən qurğuların sayını 1 milyarda çatdırmağı planlaşdırırdı. Amma sözügedən sistem şirkət rəhbərliyinin istədiyi kimi geniş yayılmadığından şirkət hələ ötən il ilkin planlardan imtina etməli olub. Artıq hər kəsə məlum idi ki, “Windows 10” platformasının 1 milyard qurğuya quraşdırılması üçün müəyyən qədər vaxt lazımdır.
2017-ci ilin əvvəlində “Windows 10” sistemi 500 milyon qurğuya quraşdırılıb. Bir müddət əvvəl “Microsoft” şirkəti “Windows Phone” mobil əməliyyat sisteminin dəstəyindən imtina edib, ona görə yaxın vaxtlarda “Windows 10” sistemli tamamilə yeni smartfonların təqdim ediləcəyini gözləmək lazımdır.
Emil Hüseynov
Baxış sayı: 359
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet