12px13px15px17px
Tarix:01/12/17

“Blackview BV9000 Pro” smartfonu istifadəçini üzündən tanıyacaq

Bu yaxınlarda “Blackview” smartfonlar sırası yeni “BV9000 Pro” modeli ilə genişlənib. Bu, “IP68” standartı üzrə hazırlanan və suyun altında işləyə bilən mühafizəli qurğudur. Bundan başqa, modeldə son dövrün bütün əsas yenilikləri quraşdırılıb: tərəflərinin nisbəti 18:9 təşkil edən genişformatlı ekran, qoşa kamera və tutumlu akkumulyator. Smartfon üzün skan edilməsi ilə blokdan çıxarma funksiyası ilə təchiz ediləcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Blackview BV9000 Pro” mühafizəli qurğu üçün ekran ətrafında kifayət qədər nazik çərçivələrə malikdir. 5,7 düym diaqonallı displey uzadılmış formalıdır və beşinci nəsil “Gorilla Glass” qoruyucu şüşəsi ilə mühafizə olunur. Qurğu maksimal 2,6 QHs takt tezlikli səkkiznüvəli “MediaTek Helio P25” prosessoru, “Mali-T880” qrafik sürətləndiricisi, 6 giqabaytlıq operativ yaddaş və 128 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz olunub. 4 180 milliamper/saat tutumlu quraşdırılmış akkumulyator “12В/2А” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. 13 və 5 meqapikselli sensorlu əsas qoşa kamera “3D” effektində fotoşəkillər çəkir.
 
Məlumata görə, yanvarda “Blackview BV9000 Pro” smartfonu üçün proqram təminatı yenilənməsinin buraxılacağı gözlənilir. İstifadəçilər onu quraşdırmaqla sifətin skan edilməsi vasitəsilə blokdan çıxarma funksiyasından yararlana biləcəklər. Birdəfəlik quraşdırmadan sonra smartfonu blokdan çıxarmaq üçün ona yalnız baxmaq tələb olunacaq. Həmçinin istehsalçı qurğunun avtonomluğunu yaxşılaşdırmaq üçün enerji sərfiyyatı üzrə optimallaşdırmanı aparmağı nəzərdə tutur. 

Nizam Nuriyev
 





Baxış sayı: 343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024