Tarix:01/12/17
"ICTnews" Elektron Xəbər Xidməti "N+1 www.nplus1.ru" resursuna istinadən yazır ki, yeni əlavə fotoşəkildən animasiya edərək onu "gif" formatlı təsvirə və ya videoya çevirəcək.
Bildirilir ki, emal alqoritmi üç mərhələdən ibarətdir. Əvvəlcə əlavə fotoşəkilləri həcmli bloklara bölür, sonra seçilən filtrə uyğun hərəkətə gətirir və fotoşəkili yenidən bərpa edir. Nəticədə adi şəkilin animasiya edilmiş modeli yaranır: əlavədə həm hazır modelləri seçmək, həm də üzdə nöqtələrin manipulyasiyası vasitəsilə yaratmaq mümkündür.
Məlumata görə, əlavə üzərində əvvəllər ABŞ-ın kompüter oyunlarını (The Sims 2, Dragon Edge və Mass Effect) konsollara köçürən "Edge of Reality" şirkətinin rəhbərləri olmuş Rob Koen və Tomas Kouls çalışıb. Onlar layihə üzərində işə 2015-ci ildə başlayıblar, "Mug Life" isə oktyabrın əvvəlində yaradılıb.
Hazırda əlavə "iOS" əməliyyat sistemli qurğular üçün nəzərdə tutulsa da, mütəxəssislər onun "Android" versiyası üzərində çalışırlar.
Nizam Nuriyev
Yeni proqram fotoşəkili animasiyaya çevirəcək
ABŞ-ın "Mug Life LLC" şirkəti fotoşəkillərdən animasiya yaradan eyniadlı proqram təqdim edib. Kompüter görmə və üçölçülü modelləşdirmə texnologiyaları əsasında yaradılan əlavədən "Apple" qurğularının istifadəçiləri yararlana bilərlər."ICTnews" Elektron Xəbər Xidməti "N+1 www.nplus1.ru" resursuna istinadən yazır ki, yeni əlavə fotoşəkildən animasiya edərək onu "gif" formatlı təsvirə və ya videoya çevirəcək.
Bildirilir ki, emal alqoritmi üç mərhələdən ibarətdir. Əvvəlcə əlavə fotoşəkilləri həcmli bloklara bölür, sonra seçilən filtrə uyğun hərəkətə gətirir və fotoşəkili yenidən bərpa edir. Nəticədə adi şəkilin animasiya edilmiş modeli yaranır: əlavədə həm hazır modelləri seçmək, həm də üzdə nöqtələrin manipulyasiyası vasitəsilə yaratmaq mümkündür.
Məlumata görə, əlavə üzərində əvvəllər ABŞ-ın kompüter oyunlarını (The Sims 2, Dragon Edge və Mass Effect) konsollara köçürən "Edge of Reality" şirkətinin rəhbərləri olmuş Rob Koen və Tomas Kouls çalışıb. Onlar layihə üzərində işə 2015-ci ildə başlayıblar, "Mug Life" isə oktyabrın əvvəlində yaradılıb.
Hazırda əlavə "iOS" əməliyyat sistemli qurğular üçün nəzərdə tutulsa da, mütəxəssislər onun "Android" versiyası üzərində çalışırlar.
Nizam Nuriyev
Baxış sayı: 601
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı