Tarix:02/12/17
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2017-ci ilin iyul-sentyabrında Asiya-Sakit okean regionunun inkişaf etməkdə olan bazarları, həmçinin Şimali Amerika regionu smartfon seqmentində müsbət dinamikanı təmin edib.
Ayrı-ayrı şirkətlərin vəziyyətini xarakterizə edən analitiklər “Samsung” istehsalı olan smartfonların satış həcmində ikirəqəmli artıma diqqət yönəldiblər. 2015-ci ilin dördüncü rübündən etibarən Cənubi Koreya nəhəngində belə artım tempi müşahidə edilməmişdi. “Galaxy S8”, “S8+” və “Note 8” qabaqcıl smartfonlarının çıxarılması nəticəsində “Samsung” şirkəti 85,6 milyon aparat satıb. “Gartner” analitik şirkəti Cənubi Koreya istehsalçısının bazar payını 22,3% səviyyəsində qiymətləndirib. Xatırladaq ki, 2016-cı ildə bu göstərici 19,3% olub.
“Apple” korporasiyasında orta artım tempi qismən az olsa da, lakin mütəxəssislər Çində müsbət dinamikaya geri dönməni və Hindistan daxil olmaqla inkişaf etməkdə olan regionlarda “iPhone”a sabit tələbatı uğur kimi qiymətləndiriblər. “Apple” rübün nəticəsinə görə, 45,4 milyon smartfon satıb ki, bu da smartfon bazarının 11,9%-ni (+0,3%) təşkil edir.
Növbəti yerləri Çinin “Huawei”, “Oppo” və “Xiaomi” şirkətləri tutublar.
Emil Hüseynov
Aparıcı smartfon istehsalçıları satış həcmini yüksəldiblər
2017-ci ilin üçüncü rübündə dünyada istifadəçilər təxminən 383 milyon smartfon satın alıblar ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3% daha çoxdur. Demək olar ki, bütün aparıcı smartfon istehsalçılarında ikirəqəmli satış artımı qeydə alınıb. Yalnız “Apple” şirkətində artım 5,7% təşkil edib.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2017-ci ilin iyul-sentyabrında Asiya-Sakit okean regionunun inkişaf etməkdə olan bazarları, həmçinin Şimali Amerika regionu smartfon seqmentində müsbət dinamikanı təmin edib.
Ayrı-ayrı şirkətlərin vəziyyətini xarakterizə edən analitiklər “Samsung” istehsalı olan smartfonların satış həcmində ikirəqəmli artıma diqqət yönəldiblər. 2015-ci ilin dördüncü rübündən etibarən Cənubi Koreya nəhəngində belə artım tempi müşahidə edilməmişdi. “Galaxy S8”, “S8+” və “Note 8” qabaqcıl smartfonlarının çıxarılması nəticəsində “Samsung” şirkəti 85,6 milyon aparat satıb. “Gartner” analitik şirkəti Cənubi Koreya istehsalçısının bazar payını 22,3% səviyyəsində qiymətləndirib. Xatırladaq ki, 2016-cı ildə bu göstərici 19,3% olub.
“Apple” korporasiyasında orta artım tempi qismən az olsa da, lakin mütəxəssislər Çində müsbət dinamikaya geri dönməni və Hindistan daxil olmaqla inkişaf etməkdə olan regionlarda “iPhone”a sabit tələbatı uğur kimi qiymətləndiriblər. “Apple” rübün nəticəsinə görə, 45,4 milyon smartfon satıb ki, bu da smartfon bazarının 11,9%-ni (+0,3%) təşkil edir.
Növbəti yerləri Çinin “Huawei”, “Oppo” və “Xiaomi” şirkətləri tutublar.
Emil Hüseynov
Baxış sayı: 377
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet