12px13px15px17px
Tarix:06/12/17

“Google”un yeni proqramı “Android” sistemli smartfonun yaddaşını lazımsız fayllardan təmizləyəcək

“Google” şirkəti “Android” sistemi ilə işləyən smartfonun yaddaşını lazımsız fayllardan təmizləmək üçün nəzərdə tutulmuş yeni “Files Go” proqramını “Google Play” tətbiqlər mağazasında yerləşdirib. Utilit dublikatları, istifadə olunmayan proqramları, aşağı təsvir ölçüsünə malik şəkil və videoları avtomatik tapır və silir, həmçinin müvəqqəti fayllar tərəfindən zəbt edilmiş disk sahəsini boşaldır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Google”un “ağıllı” alqoritmləri silinməli olan faylları göstərirlər. İstifadəçi proqramı nə qədər tez açırsa, tövsiyələr bir o qədər dəqiq olur. Lazımsız məzmunu daxili yaddaşdan SD karta köçürmək olar.

“Files Go” proqramının daha bir özəlliyi mobil məlumatlardan istifadə etmədən “Bluetooth” vasitəsilə yaxınlıqda yerləşən qurğuya faylları ötürmək imkanıdır. Fayllar saniyədə 125 meqabitədək sürətlə şifrlənmiş kanalla (WPA2) göndərilir. Bu özəllikdən istifadə etmək üçün hər iki cihaza “Files Go” proqramı quraşdırılmalıdır.

Emil Hüseynov




Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024