12px13px15px17px
Tarix:06/12/17

“Qualcomm Snapdragon 845” prosessoru nümayiş olunub

“Qualcomm” şirkəti “Snapdragon Technology Summit” konfransında yeni qabaqcıl prosessor nümayiş etdirib. Dekabrın 5-də qısa təqdimat keçirilərək prosessorun “Snapdragon 845” adlanacağı təsdiqlənib. İstehsalçı yeni çip barədə ətraflı məlumatı bu gün təqdim etməyi planlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Snapdragon 845” prosessoru 2018-ci ildə buraxılacaq qabaqcıl smartfonların, eləcə də “Windows 10” sistemli noutbukların əsasını təşkil edəcək. 10 nanometrlik istehsal texnologiyasına əsaslanan çip 1 giqabitlik “X20” LTE” modemi ilə təchiz edilib.
 
Artıq “Samsung Electronics” və “Xiaomi” şirkətləri “Qualcomm Snapdragon 845” prosessoru ilə işləyən qurğuların buraxılışını təsdiq ediblər.

Nizam Nuriyev 




Baxış sayı: 303

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024