12px13px15px17px
Tarix:07/12/17

“5G” şəbəkəsində 1,7 Qbit/saniyə sürətinə nail olunub

“Samsung Electronics” və Yaponiyanın “KDDI” telekommunikasiya şirkəti saatda 100 km sürətlə hərəkət edən qatarda beşinci nəsil mobil rabitə şəbəkəsinin uğurlu sınağını keçirib. Sınaqlar oktyabrda Tokio yaxınlığında yerləşən Saytama şəhərində baş tutub. Eksperiment zamanı qatarın sərnişinləri “8K” formatlı videonu yükləyiblər, daha sonra “4K” ölçüsündə videoçarx çəkərək onu montaj etməklə internetə yükləyiblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, test zamanı “Samsung” beşinci nəsil şəbəkələr üçün “5G” marşrutlayıcı, “5G Radio” radio bloku, virtuallaşdırılmış “RAN” və nüvədən ibarət ilkin kompleks kommersiya həllindən istifadə edib. Nəticədə şirkətlər 1,7 Qbit/saniyə sürətinə nail olublar.
 
“Samsung Electronics” şirkətinin prezidenti Yanqki Kim bildirib ki, “5G” şəbəkəsinin təqdim etdiyi potensial gündəlik həyatı tam dəyişmək üçün kifayət qədər gücə malikdir. “Bugünkü uğurlu nümayiş “KDDI” şirkəti ilə birgə tədqiqatların nəticəsidir. Əməkdaşlığa müxtəlif texnologiyaların tədqiqi, eləcə də yeni biznes modelləri və əlavələr daxil olacaq”, - o qeyd edib.  
 
“KDDI” şirkətinin baş icraçı direktoru Yoşiaki Uçida bəyan edib ki, “5G” şəbəkəsinin dəmir yolu xidmətlərini yeni səviyyəyə çıxaracağı gözlənildiyinə görə qatar və dəmir yolu stansiyası kimi gündəlik yerlərdə bugünkü uğurlu nümayiş “5G” şəbəkəsinin kommersiyalaşdırılacağını sübut edən mərhələdir. 2020-ci ilədək “5G” şəbəkəsinin istifadəyə verilməsi ilə bağlı qarşıda duran vəzifəni yerinə yetirmək üçün “KDDI” texnologiyadan istifadə üzrə real ssenarilərin öyrənilməsini və “Samsung” ilə əməkdaşlığı davam etdirəcək.
 
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
 
Nizam Nuriyev 




Baxış sayı: 421

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024