12px13px15px17px
Tarix:08/12/17

Yeni videokart fərdi kompüterlərin məhsuldarlığını artıracaq

“NVIDIA” şirkəti yeni “Titan V” videokartını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, bu, fərdi kompüterlər üçün dünyada ən güclü videokartdır. Bundan başqa, yeni videokart “Volta” arxitekturası əsasında yaradılan ilk istehlak səviyyəli sürətləndiricidir.
 
Məlumata görə, qiyməti 2 999 dollar təşkil edən “NVIDIA Titan V” videokartı bir sıra ölkələrdə “NVIDIA” onlayn mağazaları vasitəsilə satılır. Videokart süni intellekt və dərin təlim sistemləri ilə iş üçün nəzərdə tutulub.
 
Bildirilir ki, 21,1 milyard tranzistorun istifadə olunduğu “NVIDIA Titan V” videokartı 110 teraflops məhsuldarlığı təmin edir. Videokart 5120 “CUDA” nüvəsi, 640 “Tensor” nüvəsi və 3072 bitlik interfeysə malik 12 giqabaytlıq “HBM2” videoyaddaşı ilə təchiz olunub. Baza tezliyi 1200 MHs, “Boost” rejimi 1455 MHs, yaddaş tezliyi 850 MHs təşkil edir. Qoşulma imkanlarına üç “DisplayPort” portu və bir “HDMI” daxildir. İstilik ayırma (TDP) tələbləri 250 Vatta bərabərdir.

Nizam Nuriyev 




Baxış sayı: 336

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024