Tarix:11/12/17
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Taisei” şirkəti tərəfindən hazırlanmış dron iş günü başa çatdıqdan sonra işdə oturmuş əməkdaşları ofisi tərk etməyə məcbur edəcək. Daxili kameranın köməyi ilə əməkdaşları izləyən “T-Frend” adlı pilotsuz təyyarə avtonom rejimdə işləyəcək. Dronun propellerlərinin səs-küyü, həmçinin səsləndirilən musiqi əməkdaşları ofisi vaxtında tərk etməyə məcbur edəcək.
“T-Frend” adlı dronun özəlliyi ondadır ki, pilotsuz təyyarənin ofisdə hərəkəti üçün GPS tələb olunmur. Dron əsas musiqi kimi Şotlandiyanın "Auld Lang Syne" adlı mahnısının yapon versiyasından istifadə edəcək. İş gününün başa çatması haqda əməkdaşları xəbərdar edən bu musiqi Yaponiyanın bir çox müəssisələrində səsləndirilir.
Gözləntilərə görə, “T-Frend” dronu apreldə əlçatan olacaq. Şirkətlər aylıq təxminən 445 dollara pilotsuz təyyarəni kirayələyə biləcək.
Emil Hüseynov
Yeni dron ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə aparacaq
Yaponiyanın “Taisei” şirkəti ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə üçün orijinal həll təklif edib.“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Taisei” şirkəti tərəfindən hazırlanmış dron iş günü başa çatdıqdan sonra işdə oturmuş əməkdaşları ofisi tərk etməyə məcbur edəcək. Daxili kameranın köməyi ilə əməkdaşları izləyən “T-Frend” adlı pilotsuz təyyarə avtonom rejimdə işləyəcək. Dronun propellerlərinin səs-küyü, həmçinin səsləndirilən musiqi əməkdaşları ofisi vaxtında tərk etməyə məcbur edəcək.
“T-Frend” adlı dronun özəlliyi ondadır ki, pilotsuz təyyarənin ofisdə hərəkəti üçün GPS tələb olunmur. Dron əsas musiqi kimi Şotlandiyanın "Auld Lang Syne" adlı mahnısının yapon versiyasından istifadə edəcək. İş gününün başa çatması haqda əməkdaşları xəbərdar edən bu musiqi Yaponiyanın bir çox müəssisələrində səsləndirilir.
Gözləntilərə görə, “T-Frend” dronu apreldə əlçatan olacaq. Şirkətlər aylıq təxminən 445 dollara pilotsuz təyyarəni kirayələyə biləcək.
Emil Hüseynov
Baxış sayı: 362
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı