12px13px15px17px
Tarix:11/12/17

Bu smartfon digərlərindən daha sürətli enerji toplayır

Çinin qabaqcıl smartfonunun batareyası 30 dəqiqə ərzində 53%, 1 saat müddətində isə 100% enerji ilə doldurulub.

Məlum olub ki, “OnePlus 5T” smartfonu rəqiblər arasında ən sürətli enerjidoldurma funksiyasına malikdir. Qabaqcıl smartfon 1 saat ərzində  100% enerji toplayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, sınaqlarda iştirak edən bütün modellər sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Smartfonları enerji şəbəkəsinə qoşduqdan 30 dəqiqə və 1 saat sonra akkumulyatorun enerji səviyyəsini yoxlayıblar. “OnePlus” smartfonu 30 dəqiqə ərzində 53%, 1 saat müddətində 93% enerji toplayıb ki, bu da ən yaxşı göstərici hesab edilib. Ən yaxın rəqiblər olan “LG V30” və “iPhone X” həmin vaxt ərzində müvafiq olaraq 53% və 68%, 50% və 81% enerji toplayıblar.

“Samsung Galaxy Note 8” smartfonu sınaqlarda sonuncu yeri tutub. Belə ki, 30 dəqiqə müddətində smartfonun batareyası yalnız 35% enerji toplayıb.

Emil Hüseynov




Baxış sayı: 346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024