Tarix:17/10/11
Məmmədovun sözlərinə görə, bu istiqamətdə işlər aparılır və yaxın vaxtlarda xidmət Apple iPhone smartfonlarının sahibləri üçün açıq olacaq. Android əməliyyat sistemi üçün proqrama gəldikdə, ondan istifadə bir az daha sonra mümkün olacaq. "Biz artıq ilin sonunadək smartfonlar üçün proqramlardan istifadənin mümkün olmasını nəzərdə tuturuq", -o deyib.
Məmmədovun sözlərinə görə, MobilBank xidmətinin özünə gəldikdə, onun funksiyalarına da əlavələr ediləcək. MobilBank-ın artıq istifadəyə verilən yeni versiyasında başlıca yenilik ondan ibarətdir ki, istifadəçilər itirdikləri və ya oğurlandığı vaxt kartı özləri bloklamaq, eləcə də 10 gündən 90 günədək dövrdə hesabdan silmək imkanı əldə ediblər.
Həm də, əgər əvvəllər yalnız Azercell mobil operatorunun xidmətlərinin haqqını ödəmək mümkün idisə, bu gün Bakcell və Azerfon (Azerfon-Vodafone və NarMobile) xidmətlərinin haqqını ödəmək də mümkündür. "Habelə sistemə mərhələli şəkildə başqa İnternet-provayderlər, kabel televiziyası operatorları və başqaları da qoşulacaqlar.
MobilBank-ın imkanlarını maksimum genişləndirməklə biz bu xidməti az qala "mobil çanta"ya çevirmək fikrindəyik. Yəni onu o qədər böyük miqdarda servislərlə təmin etmək fikrindəyik ki, o, sadəcə olaraq, əvəzedilməz olsun və plastik kartların mövcudluğu tələb olunmasın", - Məmmədov deyib.
Azərbaycanda MobilBank istifadəçiləri kartı bloklamaq imkanı əldə edəcəklər
"AzəriCard" prosessinq mərkəzi iOS və Android əməliyyat sistemlərinin idarəçiliyi altında işləyən smartfonlar üçün MobilBank proqramı təqdim edib. Bu barədə "AzəriCard"ın biznesin inkişafı şöbəsinin müdiri Cahangir Məmmədov bildirib.Məmmədovun sözlərinə görə, bu istiqamətdə işlər aparılır və yaxın vaxtlarda xidmət Apple iPhone smartfonlarının sahibləri üçün açıq olacaq. Android əməliyyat sistemi üçün proqrama gəldikdə, ondan istifadə bir az daha sonra mümkün olacaq. "Biz artıq ilin sonunadək smartfonlar üçün proqramlardan istifadənin mümkün olmasını nəzərdə tuturuq", -o deyib.
Məmmədovun sözlərinə görə, MobilBank xidmətinin özünə gəldikdə, onun funksiyalarına da əlavələr ediləcək. MobilBank-ın artıq istifadəyə verilən yeni versiyasında başlıca yenilik ondan ibarətdir ki, istifadəçilər itirdikləri və ya oğurlandığı vaxt kartı özləri bloklamaq, eləcə də 10 gündən 90 günədək dövrdə hesabdan silmək imkanı əldə ediblər.
Həm də, əgər əvvəllər yalnız Azercell mobil operatorunun xidmətlərinin haqqını ödəmək mümkün idisə, bu gün Bakcell və Azerfon (Azerfon-Vodafone və NarMobile) xidmətlərinin haqqını ödəmək də mümkündür. "Habelə sistemə mərhələli şəkildə başqa İnternet-provayderlər, kabel televiziyası operatorları və başqaları da qoşulacaqlar.
MobilBank-ın imkanlarını maksimum genişləndirməklə biz bu xidməti az qala "mobil çanta"ya çevirmək fikrindəyik. Yəni onu o qədər böyük miqdarda servislərlə təmin etmək fikrindəyik ki, o, sadəcə olaraq, əvəzedilməz olsun və plastik kartların mövcudluğu tələb olunmasın", - Məmmədov deyib.
Baxış sayı: 780
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)