12px13px15px17px
Tarix:13/12/17

Ekranın alt hissəsinə qurulmuş barmaq izi skaneri ilə təchiz edilmiş smartfon təqdim olunacaq

ABŞ-ın kompüter komponentləri istehsalçısı olan “Synaptics” şirkəti ekranın alt hissəsinə qurulmuş “Clear ID” barmaq izi skanerinin işlək prototipini yaradıb. Bu texnologiya ilə təchiz edilmiş ilk smartfon 2018-ci ilin yanvarında təqdim ediləcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, şirkətin mütəxəssisləri bildiriblər ki, “Clear ID FS9500” sensoru OLED  ekrana malik istənilən cihazda ekranın alt hissəsində işləyə bilər. Barmaq izini müəyyənləşdirmək üçün sensor ekranı işıqlandıracaq və təsviri oxuyacaq. “Synaptics” şirkətindən bildirilib ki, sensor, hətta qalınlığı 1,5 mm-dək olan qoruyucu şüşələrlə də işləyə bilər. Məlumatların ötürülməsi TLS protokolu üzrə AES və ECC şifrləmə metodu vasitəsilə həyata keçiriləcək.
 
“Synaptics” şirkətinin məlumatına görə, “Clear ID” sensoruna malik ilk  smartfon gələn ilin yanvarında keçiriləcək “CES-2018” sərgisində təqdim ediləcək.
 
Emil Hüseynov




Baxış sayı: 357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024