Tarix:13/12/17
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Intel” nümayəndələrinin sözlərinə görə, yeni “Gemini Lake” ailəsi çipləri 4 il əvvəlki fərdi kompüterlərlə müqayisədə məhsuldarlığı 58 faiz çox təmin edir. İlk növbədə onlar internetə çıxış imkanı ilə iş və əyləncə üçün nəzərdə tutulub.
“Pentium Silver J5005” maksimal 2,8 QHs takt tezlikli və 800 MHs tezliyində işləyən inteqrasiya edilmiş “Intel UHD Graphics 605” qrafikalı dördnüvəli (dördaxınlı) həldir.
“Intel Celeron J4105”, həmçinin 2,5 QHs takt tezlikli dörd hesablama nüvəsinə (dörd axın) və 750 MHs tezlikli “UHD Graphics 600” qrafikasına malikdir. Ən ucuz həll olan “Celeron J4005” 2,7 QHs takt tezlikli iki nüvəyə (iki axın) və 700 MHs tezlikli inteqrasiya olunmuş “Intel UHD Graphics 600” qrafikasına malikdir.
Mobil prosessorlar arasında “Intel Pentium Silver N5000” qabaqcıl həll hesab edilir. Bu, 2,7 QHs takt tezlikli dördnüvəli (dördaxınlı) və 750 MHs tezlikli “Intel UHD Graphics 605” qrafikalı çipdir.
“Intel Celeron N4100” və “N4000” takt tezlikləri müvafiq olaraq 2,4 QHs və 2,6 QHs təşkil etməklə masaüstü həllərlə oxşardır. Onların inteqrasiya olunmuş qrafikası isə müvafiq olaraq 700 MHs və 650 MHs tezliyində işləyir. Bundan başqa, çiplər “Gigabit Wi-Fi” standartını dəstəkləyir və 35 vatt-saat akkumulyator tutumlu noutbukda 10 saatadək “HD” formatlı videoya baxışı təmin edir.
Yeni prosessorlar əsasında ilk qurğuların satışına 2018-ci ilin birinci rübündə başlamaq planlaşdırılır.
Nizam Nuriyev
“Goldmont Plus” arxitekturalı ilk birkristallı “Gemini Lake” sistemləri təqdim edilib
“Intel” şirkəti “Goldmont Plus” arxitekturası əsasında ilk birkristallı “Gemini Lake” sistemlərini təqdim edib. Onlar 14 nanometrlik texnoloji proses üzrə hazırlanan “Apollo Lake” həllini əvəzləməklə ucuz noutbuk, mini-fərdi kompüter və istilik ayırması (TDP) zəif prosessorlar tələb edən digər qurğularda istifadə olunacaq. Ümumilikdə 6 yeni çip nümayiş olunub: üç mobil və üç masaüstü həll. Sonuncu üçün “Pentium Silver J5005”, “Celeron J4105” və “Celeron J4005”, mobil qurğular üçün “Pentium Silver N5000”, “Celeron N4100” və “Celeron N4000” hazırlanıb.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Intel” nümayəndələrinin sözlərinə görə, yeni “Gemini Lake” ailəsi çipləri 4 il əvvəlki fərdi kompüterlərlə müqayisədə məhsuldarlığı 58 faiz çox təmin edir. İlk növbədə onlar internetə çıxış imkanı ilə iş və əyləncə üçün nəzərdə tutulub.
“Pentium Silver J5005” maksimal 2,8 QHs takt tezlikli və 800 MHs tezliyində işləyən inteqrasiya edilmiş “Intel UHD Graphics 605” qrafikalı dördnüvəli (dördaxınlı) həldir.
“Intel Celeron J4105”, həmçinin 2,5 QHs takt tezlikli dörd hesablama nüvəsinə (dörd axın) və 750 MHs tezlikli “UHD Graphics 600” qrafikasına malikdir. Ən ucuz həll olan “Celeron J4005” 2,7 QHs takt tezlikli iki nüvəyə (iki axın) və 700 MHs tezlikli inteqrasiya olunmuş “Intel UHD Graphics 600” qrafikasına malikdir.
Mobil prosessorlar arasında “Intel Pentium Silver N5000” qabaqcıl həll hesab edilir. Bu, 2,7 QHs takt tezlikli dördnüvəli (dördaxınlı) və 750 MHs tezlikli “Intel UHD Graphics 605” qrafikalı çipdir.
“Intel Celeron N4100” və “N4000” takt tezlikləri müvafiq olaraq 2,4 QHs və 2,6 QHs təşkil etməklə masaüstü həllərlə oxşardır. Onların inteqrasiya olunmuş qrafikası isə müvafiq olaraq 700 MHs və 650 MHs tezliyində işləyir. Bundan başqa, çiplər “Gigabit Wi-Fi” standartını dəstəkləyir və 35 vatt-saat akkumulyator tutumlu noutbukda 10 saatadək “HD” formatlı videoya baxışı təmin edir.
Yeni prosessorlar əsasında ilk qurğuların satışına 2018-ci ilin birinci rübündə başlamaq planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 931
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet