12px13px15px17px
Tarix:13/12/17

“Microsoft” kvant hesablamaları üçün proqramlaşdırma dili təqdim edib

“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş “Quantum Development Kit” adlı hazırlama vasitələri paketinin pulsuz ilkin versiyasının köməyi ilə proqramçılar kvant hesablamaların imkanlarından istifadə edərək proqramlar yarada biləcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” resursuna istinadən yazır ki, 2017-ci ilin sentyabrında “Microsoft Ignite” konfransında təqdim edilmiş “Quantum Development Kit” paketi kvant kompüterlərdə proqramlaşdırmağı öyrənməyi arzu edən proqramçılar üçün nəzərdə tutulub.

Alətlər dəsti “Microsoft Visual Studio” işləmə mühiti ilə sıx inteqrasiya edilib, buna görə onun bəzi aspektləri artıq başqa proqramlaşdırma dillərində proqram təminatı yaradan şəxslərə tanış gələcək.

Emil Hüseynov






Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024