12px13px15px17px
Tarix:14/12/17

Dinləməni istisna edən unikal kvant telefonu yaradılıb

Fərdi məlumatların mühafizəsi ən müxtəlif üsullarla həyata keçirilir. Bu məsələ xüsusilə aktualdır, çünki fərdi xarakterli istənilən informasiya, bir qayda olaraq, digər insanları maraqlandırır və lazımi texniki bacarıq vaxtı telefon söhbətini dinləmək və ya başqa kompüterdən məlumatları oğurlamaq mütəxəssislər üçün çətinlik törətmir. Moskva Dövlət Universitetinin alimləri bu problemin həlli üçün yeni üsul təklif ediblər. Onlar dinləmə imkanını istisna edən unikal kvant telefonu yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, bu telefon aşağıdakı qaydada hazırlanıb. Şifrlənmiş siqnal ənənəvi kanal vasitəsilə ötürülür, amma şifrləmə açarları xüsusi açar paylama serverinin köməyi ilə təhlükəsiz kvant rabitəsi vasitəsilə ötürülür. Mütəxəssislər iddia edirlər ki, istənilən şifrlənmiş sistemin əsas boşluğu məlumatların ötürülməsi zamanı açarın müştərilər arasında ötürülməsi vaxtı ələ keçirilməsi ilə bağlıdır. Kvant rabitəsi açarın ələ keçirilməsini qeyri-mümkün edir.

Emil Hüseynov




Baxış sayı: 378

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024