Tarix:14/12/17
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “PICT” (Pancreatic Islet Cell Transplantation) adlanan innovativ sistemdən istifadə zamanı “3D” printerdə insulinin hazırlanmasına cavabdeh mədəaltı vəzi hüceyrələrinin yerləşdiyi üçölçülü karkas yaratmaq mümkündür. Bu üsul mədəaltı vəzi hüceyrələrinin köçürülməsi zamanı donor toxumasının ayrılma riskini azaltmağa imkan verir.
Məlumata görə, hazırda insana insulinin hazırlanması üçün donor toxumasını köçürmək mümkün olsa da, ayrılma riski yüksəkdir. “PICT” bioprinteri donor materialına xəstənin hüceyrələrinin daxil edilməsi sayəsində bu ehtimalı azaltmağa imkan verir. Bundan başqa, printer eyni anda bir neçə hüceyrə tipinin çapına şərait yaradır, eləcə də üçölçülü karkasa qidalanma üçün damarların cücərdilməsini sürətləndirəcək endotel hüceyrələrini əlavə etmək olar.
Tədqiqatçıların sözlərinə görə, “PICT” printeri donor hüceyrələrini resipiyent (qan köçürülən adam) hüceyrələri ilə xüsusi üsulla qatışdıraraq orqanlar yaratmağa imkan verəcək. “Bunun sayəsində ayrılma riskini xeyli azaltmaqla eksperimental transplantasiya üçün tam yeni orqanlar əldə etmək mümkün olacaq”, - tədqiqatçılar bildirib.
Hazırda printerdən Avstraliya xəstəxanalarından birində istifadə olunur. Xəstəxana mütəxəssisləri qurğunun praktikada sınağını, eləcə də lazım gələrsə, onun işinin yaxşılaşdırılması üçün zəruri dəyişikliklərin edilməsini planlaşdırırlar.
Nizam Nuriyev
Bioprinter şəkərli diabetlər üçün mədəaltı vəzi hüceyrələri çap edəcək
Avstraliyanın Vullonqonq Universitetinin alimləri şəkərli diabet xəstələri üçün lazımi orqanın yeni hüceyrələrini çap edə bilən üçölçülü bioprinter təqdim ediblər.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “PICT” (Pancreatic Islet Cell Transplantation) adlanan innovativ sistemdən istifadə zamanı “3D” printerdə insulinin hazırlanmasına cavabdeh mədəaltı vəzi hüceyrələrinin yerləşdiyi üçölçülü karkas yaratmaq mümkündür. Bu üsul mədəaltı vəzi hüceyrələrinin köçürülməsi zamanı donor toxumasının ayrılma riskini azaltmağa imkan verir.
Məlumata görə, hazırda insana insulinin hazırlanması üçün donor toxumasını köçürmək mümkün olsa da, ayrılma riski yüksəkdir. “PICT” bioprinteri donor materialına xəstənin hüceyrələrinin daxil edilməsi sayəsində bu ehtimalı azaltmağa imkan verir. Bundan başqa, printer eyni anda bir neçə hüceyrə tipinin çapına şərait yaradır, eləcə də üçölçülü karkasa qidalanma üçün damarların cücərdilməsini sürətləndirəcək endotel hüceyrələrini əlavə etmək olar.
Tədqiqatçıların sözlərinə görə, “PICT” printeri donor hüceyrələrini resipiyent (qan köçürülən adam) hüceyrələri ilə xüsusi üsulla qatışdıraraq orqanlar yaratmağa imkan verəcək. “Bunun sayəsində ayrılma riskini xeyli azaltmaqla eksperimental transplantasiya üçün tam yeni orqanlar əldə etmək mümkün olacaq”, - tədqiqatçılar bildirib.
Hazırda printerdən Avstraliya xəstəxanalarından birində istifadə olunur. Xəstəxana mütəxəssisləri qurğunun praktikada sınağını, eləcə də lazım gələrsə, onun işinin yaxşılaşdırılması üçün zəruri dəyişikliklərin edilməsini planlaşdırırlar.
Nizam Nuriyev
Baxış sayı: 355
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet