12px13px15px17px
Tarix:15/12/17

Robot Olimpiya məşəli estafetində iştirak edib

“HUBO” robotu Cənubi Koreyanın Tecon şəhərində Olimpiya məşəli estafetində iştirak edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, qeyri-adi robot Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun mühəndisləri tərəfindən yaradılıb. Məşəli alan “HUBO” karton divaradək təxminən 100 metr hərəkət edib. O, kiçik mişarla divarda dəlik açaraq məşəli robot yaradıcısı professor O Çun-hoya ötürüb.

Məlumata görə, “HUBO”-dan əvvəl məşəli Los-Anceles Kaliforniya Universitetinin robot texnikası və mexanikası laboratoriyasının yaradıcılarından biri professor Dennis Honq və “KAIST” robotunun insan tərəfindən idarə olunan “FX-2” modeli aparıb.

Bildirilir ki, “HUBO” robotu 2015-ci ildə Kaliforniyada keçirilən “DARPA Robotics Challenge” müsabiqəsinin qalibi olub.

Qeyd olunur ki, Olimpiadada fəaliyyət göstərməkdə davam edəcək “HUBO” robotları yarış iştirakçılarını aeroportlarda qarşılayaraq stadionlarda onlara azarkeşlik edəcəklər. Bundan başqa, robotlardan ingilis, Çin, Koreya və yapon dillərində informasiya əldə etmək mümkün olacaq.

Qış Olimpiya Oyunları fevralın 9-15-də Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. 

Nizam Nuriyev
 
 





Baxış sayı: 412

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024