12px13px15px17px
Tarix:17/10/11

“Samsung” rəhbəri “Apple”-la arada olan soyuqluğu bir kənara qoyub, Stiv Cobsun xatirə gününə gəlib

“Apple” şirkəti bazar günü Stiv Cobsun xatirə gününü keçirib. Tədbir Stenford Universitetində qapalı rejimdə keçirilib. Tədbirə İT sahəsinin bir sıra məşhur xadimləri dəvət ediliblər.

Tədbirdə iştirak yalnız dəvətnamə ilə mümkün olub. Tədbir mətbuat üçün qapalı olub. Qeyd edək ki, Stiv Cobs Kaliforniyada keçən cümə günü dəfn edilib. “Apple” öz əməkdaşları üçün analoji tədbiri oktyabr ayının 19-da keçirəcək.

Qəribəsi ondadır ki, tədbirə “Samsung Electronics”-in əməliyyat direktoru Li Cay Yonq da dəvət edilib. Məlum olduğu kimi, “Apple” şirkəti bir sıra ölkələrdə Cənubi Koreya istehsalçısı ilə sərt məhkəmə qarşıdurması aparır.

Şirkətlər bir-birlərini patentlərin pozulmasında ittiham edirlər. Li Cay Yonq “Samsung Electronics” Direktorlar şurasının sədri və Cənubi Koreyanın ən zəngin insanı Li Kun Xinin yeganə oğludur.

Stiv Cobsun xatirə gününə Li Cay Yonqu şəxsən “Apple”-ın yeni rəhbəri Tim Kukun dəvət etdiyi bildirilib. “Samsung”dan bildirilib ki, Li dəvəti qəbul edib və Cobsun xatirəsini yad etmək üçün Kaliforniyaya gəlib.



Baxış sayı: 1163

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024