12px13px15px17px
Tarix:21/12/17

“ThinQ” brendli süni intellektə malik “LG” məhsulları istehsal olunacaq

“LG” şirkəti süni intellektə malik məişət texnikasının buraxılacağı “ThinQ” subbrendini təqdim edib. Bu barədə şirkətin rəsmi saytında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, istehsalçı ilk “LG ThinQ” məhsullarını yanvarın 9-12-də Los-Ancelesdə keçiriləcək illik “CES 2018” Beynəlxalq istehlak elektronikası sərgisində nümayiş etdirməyi planlaşdırır. Buna uyğun olaraq məhsulların 2018-ci ildə satışa çıxarılacağı gözlənilir.
 
Bildirilir ki, “CES 2017” sərgisində də şirkət süni intellektli elektronika üçün nəzərdə tutulan “DeepThinQ” brendini nümayiş etdirib. Bundan başqa, iyunda şirkət Cənubi Koreyanın paytaxtı Seulda süni intellektin hazırlanması ilə məşğul olan laboratoriyanı istifadəyə verib.
 
“LG” şirkəti hesab edir ki, süni intellekt texnologiyası elektronikanın gələcəyini təşkil edir və buna görə ona üstünlük vermək lazımdır. Şirkət süni intellektli məhsulları daha tanınmış etmək istəyir və bu məqsədlə onlar üçün ayrıca brend markası yaradıb.
 
Nizam Nuriyev 




Baxış sayı: 314

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024