12px13px15px17px
Tarix:21/12/17

Mobil qurğular üçün miniatür kənar akkumulyator buraxılıb

Çinin “Xiaomi” şirkəti “ZMI” subbrendi çərçivəsində mobil qurğuların enerji ilə doldurulması üçün yeni “Power Bank Mini” kənar akkumulyatorunu təqdim edib. Qabaritlərinin kiçikliyi ilə seçilən yeni qurğu istehsalçı tərəfindən buraxılan ən miniatür akkumulyatordur.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, qurğu xarici görünüşünə görə 10,1 sm hündürlüyündə eyni silindrik korpusa malik AA tipli adi batareyanı xatırladır.

Məlumata görə, “ZMI Power Bank Mini” akkumulyatorunun tutumu 3 min milliamper/saat təşkil edir. Bu, orta statistik smartfonu bir dəfə enerji ilə doldurmağa kifayət edir. Batareyada “LG” şirkətinin istehsalı olan litium-ion akkumulyatorlardan istifadə olunub. Akkumulyator digər qurğuların qoşulması üçün 5В/1А çıxış gücünə malik bir tamölçülü “USB” və enerjinin doldurulması üçün “microUSB 2.0” çıxışı ilə təchiz edilib.

“ZMI Power Bank Mini” akkumulyatorunun qiyməti 6 dollar təşkil edir.

Nizam Nuriyev 




Baxış sayı: 391

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024