12px13px15px17px
Tarix:22/12/17

“Samsung Galaxy Note 8” ilin smartfonu adına layiq görülüb

“Samsung” şirkətinin yeni nəsil qabaqcıl smartfonu ötənilki “Galaxy Note 7” ilə bağlı qalmaqaldan sonra ən yaxşı smartfon adına layiq görülüb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “India Mobile Congress” sərgisinin nəticəsinə görə, “Samsung Galaxy Note 8” cihazı 2017-ci ilin ən yaxşı qurğusu adına layiq görülüb. Bu haqda “Samsung Mobile”in Hindistan bölməsinin tvitter mikrobloqunda məlumat verilib.
 
Həmçinin bu il təqdim edilmiş “Gear S3” fitnes bilərziyi öz nominasiyasında qalib gəlib. Sözügedən fitnes qolbaq ilin ən yaxşı daşınan cihazı adına layiq görülüb.
 
Emil Hüseynov




Baxış sayı: 325

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024