12px13px15px17px
Tarix:22/12/17

“Huawei” şirkəti 4 kameraya malik smartfon təqdim edib

Çinin “Huawei” şirkəti “Honor” smartfonlarının istehsal xəttini yeniləyib. 4 kamera ilə təchiz edilmiş və “Android 8.0 Oreo” mobil əməliyyat sistemi ilə idarə olunan “Honor 9 Lite” modeli təqdim edilib.

Yeni smartfon tamamilə metal korpusa salınıb və 2,36 QHs-dək takt tezlikli səkkiznüvəli “Kirin 659” prosessoru, 4 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib. Sonuncunu “microSD” çıxarılıb taxılan daşıyıcılarının hesabına artırmaq mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfon 5,65 düymlük diaqonal, 2160x1080 piksel təsvir ölçülü və 18:9 tərəflər nisbətinə malik ekranla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.

Smartfonda 4 kamera nəzərdə tutulub. Ön ikiqat blok 13 və 2 milyon pikseldən ibarət sensora malikdir. Eyni sensorlar ikiqat arxa modulun tərkibinə daxildir və işıq diodu işıqlandırıcısına malikdir.

Aparat SİM kartlar üçün 2 ədəd slot və aşağıdakı simsiz rabitə modullarına malikdir: “4G LTE”, “3G HSPA+”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.2” və “GPS”. Barmaq izlərinin skaneri qurulub. 7,6 mm-lik smartfonun qalınlığı 149 qr-dır.

“Honor 9 Lite” smartfonunun korpusu bir neçə rəngdə əlçatandır və qiyməti 180 dollardan başlayır.

Emil Hüseynov




Baxış sayı: 368

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024