Tarix:23/12/17
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “LulzBot” adlanan printer ABŞ dəniz piyadalarına zərurət yarandığı halda uçuşlara hazır pilotsuz uçan aparatın parametrlərini xüsusi əlavədə göstərməklə onun müstəqil şəkildə çapına imkan verəcək. Hərbi qulluqçu “START” düyməsini basdıqdan sonra 24 saat gözləmək lazım gələcək. Bir gün sonra uçuş aparatı ona verilən tapşırıqların yerinə yetirilməsinə hazır olacaq.
Bildirilir ki, Corciya Universitetinin mütəxəssisləri ilə birgə ucuz pilotsuz uçan aparatlar hazırlayan ABŞ Ordusu mühəndisləri və Dəniz Piyada Korpusu “3D” çap texnologiyalarından müxtəlif hərbi birləşmələrin dəstəklənməsi üçün istifadə etmək niyyətindədirlər.
Məlumata görə, adətən pilotsuz uçan aparatın istehsalı üçün bir neçə gün və ya həftə tələb olunur. Konsept müəlliflərinin fikrincə, lakin pilotsuz uçan aparatın yaradılması üzrə dövriyyənin sürətləndirilməsi və avtomatlaşdırılmış proses hərbçilərə aparatları hətta səngərdə yaratmağa və zəruri hallarda onlardan kəşfiyyat məqsədləri üçün istifadə etməyə imkan verəcək.
Çap edilən bir pilotsuz uçan aparatın qiyməti təxminən 200 dollar təşkil edəcək.
Nizam Nuriyev
“3D” printer hərbçilər üçün pilotsuz uçan aparatlar çap edəcək
“Aleph Objects” şirkəti portativ üçölçülü printer hazırlayıb. Printer xüsusi proqramın hazırlanmasında iştirak edən aviasiya və innovativ materiallar sahəsi üzrə mütəxəssislərin köməyi ilə hərbçilər tərəfindən səhra şəraitində hazır pilotsuz uçan aparatların çapı üçün tətbiq ediləcək ilk qurğu ola bilər.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “LulzBot” adlanan printer ABŞ dəniz piyadalarına zərurət yarandığı halda uçuşlara hazır pilotsuz uçan aparatın parametrlərini xüsusi əlavədə göstərməklə onun müstəqil şəkildə çapına imkan verəcək. Hərbi qulluqçu “START” düyməsini basdıqdan sonra 24 saat gözləmək lazım gələcək. Bir gün sonra uçuş aparatı ona verilən tapşırıqların yerinə yetirilməsinə hazır olacaq.
Bildirilir ki, Corciya Universitetinin mütəxəssisləri ilə birgə ucuz pilotsuz uçan aparatlar hazırlayan ABŞ Ordusu mühəndisləri və Dəniz Piyada Korpusu “3D” çap texnologiyalarından müxtəlif hərbi birləşmələrin dəstəklənməsi üçün istifadə etmək niyyətindədirlər.
Məlumata görə, adətən pilotsuz uçan aparatın istehsalı üçün bir neçə gün və ya həftə tələb olunur. Konsept müəlliflərinin fikrincə, lakin pilotsuz uçan aparatın yaradılması üzrə dövriyyənin sürətləndirilməsi və avtomatlaşdırılmış proses hərbçilərə aparatları hətta səngərdə yaratmağa və zəruri hallarda onlardan kəşfiyyat məqsədləri üçün istifadə etməyə imkan verəcək.
Çap edilən bir pilotsuz uçan aparatın qiyməti təxminən 200 dollar təşkil edəcək.
Nizam Nuriyev
Baxış sayı: 387
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet