12px13px15px17px
Tarix:23/12/17

Robot dicey ilk dəfə tamaşaçılar qarşısında çıxış edib

Praqanın “Karlovı-lazne” klubunda ilk dəfə çıxış edən “KUKA” adlı robot dicey musiqi nömrələrini səsləndirərək tamaşaçılarla “ünsiyyət” qurub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, bu yaxınlarda fəaliyyətə başlayan “KUKA” robotu son üç həftədə hər gecə bir saatlıq dicey kimi çıxış edib. Mexanikləşdirilmiş əllə təchiz edilən robot onun vasitəsilə musiqi nömrələrini dəyişdirə və birləşdirə bilir. Xüsusi proqram təminatı robota kompozisiyaları müstəqil seçməyə imkan verir.
 
Bildirilir ki, kluba gələnlər yeni diceyi böyük maraqla qarşılayıblar. Lakin bir sıra qonaqlar buna təəccüblənsə də, robotun bacarıqlarını tərifə layiq bilməyib.
 
“Robot rəqs meydançasının ritmini duya bilmir və insan emosiyalarını başa düşmür, - Meksikadan olan 24 yaşlı turist Marsiya Lopez öz təəssüratlarını bildirib.
 
 
Məlumata görə, “KUKA” robotu hazırda emosional deyil. Mütəxəssislər tərəfindən robota işığın idarə olunması və musiqi nömrələrini birləşdirməklə məşğul olmayanda robotlaşdırılmış əlini yelləmək öyrədilib. Lakin kluba istirahətə gələnlər diceydən daha çox ifadəli emosiya hərəkətləri gözləyirlər.
 
Nizam Nuriyev 




Baxış sayı: 375

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024