12px13px15px17px
Tarix:26/12/17

Robot ilan “Fukusima” stansiyasını tədqiq edəcək

Yaponiya alimləri “Fukusima-1” və “Fukusima-2” atom elektrostansiyalarının qəzadan sonra sıradan çıxan atom reaktorlarının tədqiqi və təmizlənməsi üçün robot ilan yaradıblar. Unikal robotun yaradılması ilə “Toshiba” şirkətinin mütəxəssisləri məşğul olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “İzvestiya” resursuna istinadən yazır ki, uzunluğu 13 metr təşkil edən yeni robot distansiyalı idarə olunan elastik boru şəklindədir. Robot ilanın başında zədələnmiş reaktorları daxildən görməyə imkan verən kamera quraşdırılıb.
 
Qeyd olunur ki, “Fukusima-2” stansiyasının reaktorlarında radioaktiv ərintilər qalmaqdadır, robot vasitəsilə tədqiqatın aparılması isə insanların şüalanma riskini aradan qaldıracaq.
 
Məlumata görə, robot ilan səthi tədqiq etdikdən sonra qəzanın nəticələrinin aradan qaldırılması üçün növbəti addımların atılması planlaşdırılır.
 
“Fukusima” 2011-ci ildə Yaponiya tarixində baş vermiş ən güclü zəlzələyədək ölkənin iri atom elektrostansiyalarından biri olub. 2013-cü ildə fəaliyyəti dayandırılan stansiyanın ərazisində indiyədək qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlər aparılır.
 
Nizam Nuriyev 




Baxış sayı: 323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024