12px13px15px17px
Tarix:28/12/17

Qurğuları 5 metr məsafədən enerji ilə doldurmaq üçün üsul kəşf edilib

ABŞ Federal Rabitə Komissiyasında (FCC) enerjinin doldurulduğu cihazdan bir neçə metr məsafədə işləyən “WattUp” enerjidoldurma qurğusu sertifikasiyadan keçib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “WattUp” aksessuarı Kaliforniyanın simsiz enerjidoldurma qurğularının istehsalı ilə məşğul olan “Energous” şirkəti tərəfindən yaradılıb. Qurğunun təsvirindən belə məlum olur ki, “WattUp” radiotezlik siqnalını onu elektrik enerjisinə çevirən qurğuya yönəldir. Bunun üçün həm enerjidoldurma qurğusu, həm də smartfon (və ya planşet) xüsusi verici və qəbuledici ilə təchiz olunmalıdır.

Məlumata görə, qurğuları 5 metr məsafədən enerji ilə dolduran “WattUp” cihazının yanvarda keçiriləcək “Consumer Electronics Show 2018” sərgisində nümayişi gözlənilir. Aksessuarın buraxılışı növbəti ilin ikinci yarısına planlaşdırılır.

Qeyd edək ki, hazırda qurğuların batareya tutumunun enerji ilə doldurulması üçün ən innovativ və populyar texnologiya induksiyalı enerjidoldurma hesab edilir. O, qəbuledici və vericinin fiziki kontaktını nəzərdə tutan “Qi” standartına əsaslanır. Bu il “iPhone 8”, “8 Plus” və “Х” smartfon modelləri çoxdan gözlənilən simsiz enerjidoldurma funksiyası ilə təchiz olunub.

Nizam Nuriyev 




Baxış sayı: 323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024