12px13px15px17px
Tarix:29/12/17

İspaniyalı alimlər itkin düşmüş insanların axtarışı üçün mobil proqram hazırlayıblar

İspaniyanın Alikante Universitetinin alimləri tərəfindən hazırlanmış mobil proqram meşə və dağlarda itkin düşmüş insanların axtarışına kömək edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, itkin düşmüş və köməyə ehtiyac duyan insanlar üçün smartfon, bir qayda olaraq, mobil şəbəkənin əhatə dairəsində olmaması səbəbindən rabitə vasitəsi kimi faydasızdır. İspaniyalı alimlər problemin həlli üçün smartfondan “Wi-Fi”-i siqnal göndərən mayak kimi istifadə etməyi təklif ediblər.

İstifadəçi mobil proqramı işə salan kimi o, vaxtaşırı qurğunun GPS koordinatlarını göstərən və “Mən yaralanmışam”,  yaxud “Mən itkin düşmüşəm” mesajlarından ibarət siqnal göndərməyə başlayır. Bir neçə kilometr məsafədə qeydə alına bilən siqnalın qəbulu üçün xilasedicilər onların öz smartfonuna qoşulan antenaya malik xüsusi yığcam qəbuledicidən istifadə etməlidirlər.

Dünyada smartfonun yerini təyin etmək üçün “Wi-Fi”-dən istifadə edən belə sistem mövcud deyil. Bunun üçün mobil rabitə siqnalı üzrə trianqulyasiya metodu tətbiq edilir, amma nəzərdə tutulmuş sistemlərin qiyməti təxminən 80 min avrodur və onların istifadəsi üçün vertolyot lazımdır" – tədqiqat qrupunun rəhbəri professor Joze Anxel Bern deyib və qeyd edib ki, “Wi-Fi” qəbuledicisinin qiyməti təxminən 600 avro təşkil edəcək.

Hazırda sözügedən texnologiya dağ xilasedici dəstələrində və dəniz xilasetmə xidmətində sınaqdan keçirilir.

Emil Hüseynov




Baxış sayı: 336

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024