12px13px15px17px
Tarix:04/01/18

Smartfonlarda akkumulyator şarjının sürətli azalmasının səbəbləri məlum olub

Texnologiya və qurğular sahəsində ekspertlər smartfonlara qurulmuş akkumulyator şarjının çox sürətli azalması ilə bağlı 6 əsas səbəb müəyyənləşdiriblər. Reytinq “AKKet.com” portalı tərəfindən tərtib edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, smartfonlarda akkumulyator şarjının sürətli azalması üzrə birinci səbəb yüksək parlaqlığa malik ekran olub. İkinci səbəb divar kağızları, üçüncü səbəb ekranın avtomatik dönməsidir.

“3G”, “4G” və ya “Bluetooth”, həmçinin akkumulyator şarjının çox hissəsini sərf edir, ancaq “Wi-Fi”-dan istifadə edən smartfon daha az enerji sərf edir. Məlum olub ki, yaxşı tərtib edilməmiş proqramlar da akkumulyatorun şarjını sürətlə azaldır.

Soyuq havada smartfondan istifadə, həmçinin səbəblərdən biridir.

Emil Hüseynov




Baxış sayı: 317

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024