Tarix:05/01/18
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, hazırda “Nissan” şirkəti tərəfindən hazırlanmış sistemin prototipi öz işi üçün sürücünün elektrodlarla təchiz edilmiş xüsusi şlem taxmasını tələb edir. Bu baş geyimi insanın beyin qabığının aktivliyini ölçə və onu deşifr edə bilər.
Məlumata görə, sistem avtomobil sürücüsünün edə biləcəyi qəfil hərəkətlər haqda öncədən məlumatlı olur. Məsələn, sükan çarxının kəskin döngəsi və ya əyləcə sıxma kimi. Sistem avtomobil sürücüsünün fikrini dəqiq müəyyənləşdirən kimi özü bu hərəkəti yerinə yetirir.
“Nissan” şirkətinin məlumatına görə, yeni texnologiya sürücüdən 0,2-0,5 saniyə daha sürətlidir.
“B2V” sistemi gələn həftə Las-Veqasda keçiriləcək “CES 2018” sərgisində nümayiş etdiriləcək.
Emil Hüseynov
Yeni texnologiya düşüncənin gücü ilə avtomobili idarə etməyə imkan verəcək
Tamamilə avtonom işləyən avtomobillər hələ kütləvi hal almasa da, bir çox texnologiya şirkətləri yarı avtomat sistemlərin hazırlanması ilə məşğul olur. İndi Yaponiyanın “Nissan” avtomobil istehsalçısı belə sistem təqdim edib. Yeni texnologiya avtomobil sürücüsünün fikrini oxuyaraq öncədən bu əməliyyatı yerinə yetirəcək. Sistem “Brain-to-Vehicle” və ya “B2V” adlandırılıb.“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, hazırda “Nissan” şirkəti tərəfindən hazırlanmış sistemin prototipi öz işi üçün sürücünün elektrodlarla təchiz edilmiş xüsusi şlem taxmasını tələb edir. Bu baş geyimi insanın beyin qabığının aktivliyini ölçə və onu deşifr edə bilər.
Məlumata görə, sistem avtomobil sürücüsünün edə biləcəyi qəfil hərəkətlər haqda öncədən məlumatlı olur. Məsələn, sükan çarxının kəskin döngəsi və ya əyləcə sıxma kimi. Sistem avtomobil sürücüsünün fikrini dəqiq müəyyənləşdirən kimi özü bu hərəkəti yerinə yetirir.
“Nissan” şirkətinin məlumatına görə, yeni texnologiya sürücüdən 0,2-0,5 saniyə daha sürətlidir.
“B2V” sistemi gələn həftə Las-Veqasda keçiriləcək “CES 2018” sərgisində nümayiş etdiriləcək.
Emil Hüseynov
Baxış sayı: 349
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı