12px13px15px17px
Tarix:06/01/18

Sahibini izləyən çamadan təqdim edilib

Çinin “90Fun” şirkəti “Puppy 1” çamadanını təqdim edib. İnformasiya agentliklərinin məlumatına görə, sözügedən çamadan sahibini avtomatik izləyir ki, bu da uzun müddətli səyahətlər vaxtı çox kömək edir.

“ICTnews” Elektron Xəbər Xidməti belta.by saytına istinadən yazır ki, qurğu iki təkər və avtomatik balanslaşdırma üçün sensorlar dəsti ilə təchiz edilib. Sahibini tanıyan çamadan israrla onu vağzal və ya aeroportda izləyir, yaxud dayanaraq növbəti komandanı gözləyir. Avtomatlaşdırma imkanına baxmayaraq, çamadanda daşımaq üçün qulp saxlanılıb.

Məlumata görə, robot məsafədən idarə oluna bilər. Çamadan gələn həftə ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək “CES 2018” sərgisində təqdim ediləcək. 50 sm-lik çamadan bu il satışa çıxarılacaq, amma onun qiyməti dəqiq bilinmir.

Emil Hüseynov






Baxış sayı: 419

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024