12px13px15px17px
Tarix:08/01/18

İkinci nəsil “Nokia 6” smartfonu rəsmən təqdim edilib

“HMD Global” şirkəti Çində “Nokia 6” smartfonunun ikinci nəslini təqdim edib. Orta səviyyəli yeni model dəbdə olan çərçivəsiz displeylə təchiz edilməyib, amma smartfonun əsas xüsusiyyətləri məlumdur.

Smartfonda barmaq izləri skaneri arxa panelə keçirilib, ekranın alt hissəsindəki düymələr ləğv edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, metal korpusa salınmış smartfon “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 5,5 düymlük ekran, “Corning Gorilla Glass 3” qoruma şüşəsi, 16 meqapiksellik əsas, 8 meqapiksellik ön kamerası, əvvəlki nəsil modellə müqayisədə daha güclü prosessor, 4 QB əməli yaddaş, 32/64 QB daxili fləş yaddaşla təchiz edilib. 3000 milliamper/saat tutumlu akkumulyator sürətli enerjidoldurma texnologiyasına malikdir.

Smartfon “Android 7.1.1 Nougat” mobil əməliyyat sistemi ilə idarə olunur.

İki SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 a/b/g/n), “Bluetooth 5”, FM radiosu dəstəklənir, USB Type-C portu və qulaqlıqlar üçün 3,5 mm-lik konnektoru mövcuddur. Aparatın çəkisi 172 qram təşkil edir.

Emil Hüseynov




Baxış sayı: 370

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024