12px13px15px17px
Tarix:09/01/18

2017-ci ildə istifadəçilər mobil proqramlara təxminən 60 milyard dollar xərcləyiblər

“Sensor Tower” şirkətinin məlumatına görə 2017-ci ildə pullu mobil proqramlar, abunə və daxili ödənişlərdən əldə edilən gəlirlər 35% artıb. “App Store” və “Google Play” istifadəçiləri ötən il təxminən 60 milyard dollar xərcləyiblər.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, “Apple” şirkəti uzun illər mobil proqramlardan əldə edilən gəlirlər üzrə liderliyini qoruyub saxlayıb. 2017-ci il bu baxımdan, həmçinin istisna olmayıb. “Sensor Tower”in sözlərinə görə, “iOS” istifadəçiləri ötən il mobil proqramlara 38,5 milyard dollar, “Android” sisteminin idarəetməsi altında işləyən qurğu sahibləri isə 20,1 milyard dollar xərcləyiblər.

“Apple” şirkətinin mobil əməliyyat sistemi yalnız istifadəçilərin xərcləri planında deyil, həm də artım tempinə görə liderdir. “App Store” proqramlar mağazasında mobil proqramlardan əldə olunan gəlir 34,7 %, “Google Play”da isə 34,2% artıb.

Hər iki mağazanın göstəricilərini ümumiləşdirsək, 2017-ci ildə istifadəçilər mobil proqramlara 58,7 milyard dollar xərcləyiblər. 2016-cı ildə bu göstərici 43,5 milyard dollar təşkil edib.

Emil Hüseynov




Baxış sayı: 339

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024