12px13px15px17px
Tarix:09/01/18

“Apple” şirkəti yeni valideyn nəzarəti sistemini təqdim edəcək

Şirkət valideyn nəzarəti funksiyasının təkmilləşdirilməsi barədə investorların müraciətinə cavab verib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Apple” şirkəti “iOS” əməliyyat sistemində valideyn nəzarəti funksiyasının yenilənməsi üzərində işləyir. Bu haqda şirkətin nümayəndəsi məlumat verib. Yenilənmiş proqram təminatı valideynlərə uşaqlarını smartfon asılılığından xilas etməkdə yardım edəcək.
Şirkətin nümayəndəsinin sözlərinə görə, “Apple” şirkəti etalon valideyn nəzarəti sistemini təqdim etməklə bu sahədə də yenilikçi olmağa ümid edir. Şirkət problemin həllinin vacibliyini anlayır və valideynlərin işini asanlaşdırmağı planlaşdırır.

Xatırladaq ki, “iOS” əməliyyat sistemində artıq valideyn nəzarət funksiyası mövcuddur. “iCloud” “bulud” sistemi vasitəsilə uşağın istifadə etdiyi qurğunun aktivliyini izləmək olar.

Bundan əvvəl “Apple”ın investorları şirkətə yazdığı açıq məktubda təhlükəsizlik sistemini yaxşılaşdırmağa çağırıblar.

Emil Hüseynov




Baxış sayı: 328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024