Tarix:10/01/18
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bununla belə, cari ildə mütəxəssislər zəif artım tempi proqnozlaşdırırlar, çünki smartfon istehsalçıları komponentlərin bahalaşması səbəbindən xərclərin artması ilə üzləşəcəklər. “TrendForce” şirkətinin qiymətləndirməsinə görə, 2018-ci ildə smartfonların illik istehsal həcmi 5% yüksələrək 1,53 milyard aparat təşkil edəcək.
Ayrı-ayrı şirkətlərin nəticələrini xarakterizə edən analitiklər bildiriblər ki, 2017-ci ildə smartfon sahəsinin lideri “Samsung” şirkəti ötən ilin nəticəsini 3% yaxşılaşdıraraq 320 milyon aparat istehsal edib. Mütəxəssislər hesab edirlər ki, 2018-ci ildə Cənubi Koreya nəhəngi smartfon bazarında birinci yeri qoruyub saxlayacaq, amma xəbərdarlıq edirlər ki, həm yüksək dərəcəli aparatlar seqmentində, həm də ucuz qurğular kateqoriyasında güclü rəqabət baxımından “Samsung” smartfonlarının istehsal həcmi 3% azalacaq.
Dünyada ikinci böyük smartfon istehsalçısı olan “Apple” korporasiyası 2017-ci ildə “iPhone” istehsalını 3% artırıb. Analitiklər 2018-ci ildə 7,5%-lik artım proqnozlaşdırıblar.
Emil Hüseynov
2017-ci ildə dünyada smartfon istehsalı 6,5% yüksəlib
“TrendForce” analitiklərinin məlumatına görə, 2017-ci ildə smartfon istehsalçıları ümumilikdə təxminən 1,46 milyard aparat istehsal ediblər ki, bu da 2016-cı ilin göstəricisini 6,5% ötür.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bununla belə, cari ildə mütəxəssislər zəif artım tempi proqnozlaşdırırlar, çünki smartfon istehsalçıları komponentlərin bahalaşması səbəbindən xərclərin artması ilə üzləşəcəklər. “TrendForce” şirkətinin qiymətləndirməsinə görə, 2018-ci ildə smartfonların illik istehsal həcmi 5% yüksələrək 1,53 milyard aparat təşkil edəcək.
Ayrı-ayrı şirkətlərin nəticələrini xarakterizə edən analitiklər bildiriblər ki, 2017-ci ildə smartfon sahəsinin lideri “Samsung” şirkəti ötən ilin nəticəsini 3% yaxşılaşdıraraq 320 milyon aparat istehsal edib. Mütəxəssislər hesab edirlər ki, 2018-ci ildə Cənubi Koreya nəhəngi smartfon bazarında birinci yeri qoruyub saxlayacaq, amma xəbərdarlıq edirlər ki, həm yüksək dərəcəli aparatlar seqmentində, həm də ucuz qurğular kateqoriyasında güclü rəqabət baxımından “Samsung” smartfonlarının istehsal həcmi 3% azalacaq.
Dünyada ikinci böyük smartfon istehsalçısı olan “Apple” korporasiyası 2017-ci ildə “iPhone” istehsalını 3% artırıb. Analitiklər 2018-ci ildə 7,5%-lik artım proqnozlaşdırıblar.
Emil Hüseynov
Baxış sayı: 352
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet