Tarix:11/01/18
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, Çin rəsmiləri hesab edirlər ki, belə yanaşma fırıldaqçılar tərəfindən nikah sənədlərinin alınması üçün kənar pasportlardan istifadə halları ilə bağlı cinayətlərin sayını azaldacaq. Yeni texnologiya çox tezliklə Çunsin şəhərinin VVAQ-da (Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi) tətbiq ediləcək.
Çində nikahın rəsmiləşdirilməsi üçün pasportdan başqa, bir çox başqa sənədlər də təqdim etmək lazımdır ki, bu da xeyli vaxt itkisinə səbəb olur. Yeni texnologiyanın tətbiqi qeydiyyat prosedurunu xeyli asanlaşdıracaq və sürətləndirəcək.
Sifətin tanınması üzrə yeni sistem məlumatların işlənməsinə 0,3 saniyə sərf edir ki, bu da analoqlarından bir neçə yüz dəfə daha sürətlidir. Sistemin yaradıcıları əmin edirlər ki, yeni sistem, hətta əkizləri ayırd edə və plastik əməliyyatla sifətinin xüsusiyyətlərini dəyişdirmiş insanları düzgün eyniləşdirə bilir.
Emil Hüseynov
Çində nikahın qeydiyyatı zamanı sifətin tanınması texnologiyasından istifadə ediləcək
İndi sifətin tanınması texnologiyası əsasən xüsusi təhlükəli cinayətkarları aşkar etmək üçün istifadə olunur. Amma tezliklə sözügedən texnologiya Çində mülki məqsədlə (kəbin kəsmə mərasimi zamanı) tətbiq edilə bilər. Hərçənd ki sifətin tanınması texnologiyası bu vəziyyətdə də qanunu pozanları aşkar etmək üçün nəzərdə tutulub.“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, Çin rəsmiləri hesab edirlər ki, belə yanaşma fırıldaqçılar tərəfindən nikah sənədlərinin alınması üçün kənar pasportlardan istifadə halları ilə bağlı cinayətlərin sayını azaldacaq. Yeni texnologiya çox tezliklə Çunsin şəhərinin VVAQ-da (Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi) tətbiq ediləcək.
Çində nikahın rəsmiləşdirilməsi üçün pasportdan başqa, bir çox başqa sənədlər də təqdim etmək lazımdır ki, bu da xeyli vaxt itkisinə səbəb olur. Yeni texnologiyanın tətbiqi qeydiyyat prosedurunu xeyli asanlaşdıracaq və sürətləndirəcək.
Sifətin tanınması üzrə yeni sistem məlumatların işlənməsinə 0,3 saniyə sərf edir ki, bu da analoqlarından bir neçə yüz dəfə daha sürətlidir. Sistemin yaradıcıları əmin edirlər ki, yeni sistem, hətta əkizləri ayırd edə və plastik əməliyyatla sifətinin xüsusiyyətlərini dəyişdirmiş insanları düzgün eyniləşdirə bilir.
Emil Hüseynov
Baxış sayı: 525
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet