12px13px15px17px
Tarix:16/01/18

“App Store” rəqəmli mağazası tezliklə gəlir həcminə görə dünya kino sənayesini ötəcək

Bu il “iOS” sistemli qurğular üçün proqram və oyunlar satılan “App Store” rəqəmli məzmun mağazası dünya kino sənayesindən daha çox gəlir qazanacaq. “Asymco” şirkətinin analitiki Horas Dedyunun hesablamalarına görə, 2011-ci ilin ortalarından “Apple” şirkətinin proqram satışı, proqramlar daxilində alış-veriş və ödənişli abunə sistemindən qazancı ildə 5 milyard dollar yüksəlir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, 2015-ci ildə “Apple” onlayn mağazası ilk dəfə Hollivud film sənayesindən daha çox gəlir qazanıb, 2018-ci ildə isə bütün dünya kinoprokatından daha çox gəlir qazanacaq. Ötən il “Apple” şirkəti proqramçılara 26,5 milyard dollar ödəyib.

Ekspertlərin proqnozuna görə, bu il “Apple” şirkətinin istehsalı olan cihazların sahibləri hər gün mobil proqramlara 100 milyon dollar xərcləyəcək. Müqayisə üçün 2012-ci ildə “Google” şirkəti “AdWords” kontekst reklamından təxminən 100 milyon dollar qazanmışdı.

“Asymco” analitik şirkətinin qiymətləndirməsinə görə, 2019-cu ilədək “App Store” rəqəmli məzmun mağazasının qazancı 1,5 trilyon dollar məbləğində olacaq.

Emil Hüseynov




Baxış sayı: 330

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024