12px13px15px17px
Tarix:16/01/18

Smartfonlar üçün özü bərpa olunan unikal material yaradılıb

Mobil bazar investor və müxtəlif tədqiqat şirkətləri üçün çox cəlbedicidir, ona görə ən qabaqcıl texnologiyalar məhz bu seqmentdə meydana çıxır.

“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, bu günlərdə Koreya Elmi Tədqiqat İnstitutunda işləyən alimlər smartfonlar üçün özü bərpa olunan material yaradıblar.

Bu material "Elastomer" adlandırılıb. İstehsalçı əmin edir ki, bu materialdan istifadə zamanı qurğunun korpusundakı çat və əziklər 30 dəqiqə ərzində yoxa çıxacaq. Bərpa prosesi otaq temperaturunda baş verir.

Emil Hüseynov




Baxış sayı: 345

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024