Tarix:16/01/18
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, söhbət “Wikipedia” ensiklopediyasının 500-dən çox məqaləsi əsasında tərtib edilən 100-dən çox sualın daxil olduğu Stenford Universitetinin hazırladığı testdən gedir. Bununla yanaşı, sualların cavabları məqalə mətnlərində həm birbaşa, həm də nəticə şəklində olub.
Testin yekunu üzrə “Alibaba” tərəfindən yaradılan alqoritm 82,44 bal topladığı halda insanın sınaqdan keçmə nəticəsi 82,304 təşkil edib. Həmçinin qeyd olunur ki, “Microsoft” korporasiyası tərəfindən hazırlanan daha mükəmməl süni intellekt sınaqda 82,65 bal toplayıb, lakin nəticə “Alibaba” alqoritminin göstəricisindən bir gün sonra təsdiq edilib ki, bu da onu insanı geridə qoyan ilk alqoritm hesab etməyə imkan verir.
“Alibaba” layihəsi iştirakçısının sözlərinə görə, istifadə edilən texnologiya müxtəlif proqramlarda, o cümlədən müştəri xidmətlərində, muzey bələdçiləri və ya tibbi məsləhətlər servislərində istifadə oluna bilər.
Xatırladaq ki, ötən yay Çin hökuməti 2025-ci ilədək ölkə iqtisadiyyatına 60 milyard dollar məbləğində illik qazanc gətirəcək süni intellekt sənayesi yaratmaq niyyətində olmasını bəyan edib. 2030-cu ilədək Çin Xalq Respublikasının bu sahədə dünya lideri olacağı gözlənilir. 2017-ci ilin dekabrında “Google” şirkətinin Pekində süni intellektin tədqiqi üzrə mərkəz açacağı məlum olub.
Nizam Nuriyev
Oxunulan mətnin anlanması testində insan göstəricilərini üstələyən alqoritmlər yaradılıb
Çinin “Alibaba” şirkəti oxunulan mətnin başa düşülməsi testində insan göstəricilərini üstələyən süni intellekt sistemi yaradıb.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, söhbət “Wikipedia” ensiklopediyasının 500-dən çox məqaləsi əsasında tərtib edilən 100-dən çox sualın daxil olduğu Stenford Universitetinin hazırladığı testdən gedir. Bununla yanaşı, sualların cavabları məqalə mətnlərində həm birbaşa, həm də nəticə şəklində olub.
Testin yekunu üzrə “Alibaba” tərəfindən yaradılan alqoritm 82,44 bal topladığı halda insanın sınaqdan keçmə nəticəsi 82,304 təşkil edib. Həmçinin qeyd olunur ki, “Microsoft” korporasiyası tərəfindən hazırlanan daha mükəmməl süni intellekt sınaqda 82,65 bal toplayıb, lakin nəticə “Alibaba” alqoritminin göstəricisindən bir gün sonra təsdiq edilib ki, bu da onu insanı geridə qoyan ilk alqoritm hesab etməyə imkan verir.
“Alibaba” layihəsi iştirakçısının sözlərinə görə, istifadə edilən texnologiya müxtəlif proqramlarda, o cümlədən müştəri xidmətlərində, muzey bələdçiləri və ya tibbi məsləhətlər servislərində istifadə oluna bilər.
Xatırladaq ki, ötən yay Çin hökuməti 2025-ci ilədək ölkə iqtisadiyyatına 60 milyard dollar məbləğində illik qazanc gətirəcək süni intellekt sənayesi yaratmaq niyyətində olmasını bəyan edib. 2030-cu ilədək Çin Xalq Respublikasının bu sahədə dünya lideri olacağı gözlənilir. 2017-ci ilin dekabrında “Google” şirkətinin Pekində süni intellektin tədqiqi üzrə mərkəz açacağı məlum olub.
Nizam Nuriyev
Baxış sayı: 383
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı