Tarix:15/01/18
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, eksperiment Beynəlxalq Kosmik Stansiyada quraşdırılan "NICER" (Neutron-star Interior Composition Explorer) aparatı vasitəsilə aparılıb. Qurğu 2017-ci ilin noyabrında iki həftə ərzində 4 pulsarı izləyib və onların siqnalları əsasında kosmik stansiyanın orbitin hansı nöqtəsində olmasını müəyyənləşdirib.
Məlumata görə, əldə olunan koordinatlar "GPS" sisteminin informasiyası ilə müqayisə edildikdən sonra məlum olub ki, "NICER" Beynəlxalq Kosmik Stansiyanın 16 km radius dairəsində olduğu yerin hesablamasını aparıb. Bu nəticə eksperiment ərzində olduğu kimi qalıb.
Qeyd olunur ki, "GPS" sistemi yeri bir neçə metr dəqiqliklə müəyyənləşdirir, lakin məsafənin milyonlarla kilometr ölçüldüyü kosmosda belə dəqiqlik tələb olunmur. Agentlik "NICER" aparatının yüz metr dəqiqliyinə nail olmaq niyyətindədir.
Qeyd edək ki, pulsarlar güclü maqnit sahəsi ilə fırlanan neytron ulduzlar olmaqla radio və rentgen şüalanma mənbələridir. Pulsar siqnalları Yerə mütəmadi təkrarlanan impulslar şəklində gəlib çıxır.
Nizam Nuriyev
Qalaktik “GPS” sisteminin sınaqları keçirilib
ABŞ Kosmik Agentliyi rentgen pulsar siqnallarının istifadə olunduğu naviqasiya sisteminin uğurlu sınaqlarını keçirib. Bu barədə agentliyin saytında deyilir."ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, eksperiment Beynəlxalq Kosmik Stansiyada quraşdırılan "NICER" (Neutron-star Interior Composition Explorer) aparatı vasitəsilə aparılıb. Qurğu 2017-ci ilin noyabrında iki həftə ərzində 4 pulsarı izləyib və onların siqnalları əsasında kosmik stansiyanın orbitin hansı nöqtəsində olmasını müəyyənləşdirib.
Məlumata görə, əldə olunan koordinatlar "GPS" sisteminin informasiyası ilə müqayisə edildikdən sonra məlum olub ki, "NICER" Beynəlxalq Kosmik Stansiyanın 16 km radius dairəsində olduğu yerin hesablamasını aparıb. Bu nəticə eksperiment ərzində olduğu kimi qalıb.
Qeyd olunur ki, "GPS" sistemi yeri bir neçə metr dəqiqliklə müəyyənləşdirir, lakin məsafənin milyonlarla kilometr ölçüldüyü kosmosda belə dəqiqlik tələb olunmur. Agentlik "NICER" aparatının yüz metr dəqiqliyinə nail olmaq niyyətindədir.
Qeyd edək ki, pulsarlar güclü maqnit sahəsi ilə fırlanan neytron ulduzlar olmaqla radio və rentgen şüalanma mənbələridir. Pulsar siqnalları Yerə mütəmadi təkrarlanan impulslar şəklində gəlib çıxır.
Nizam Nuriyev
Baxış sayı: 335
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet