12px13px15px17px
Tarix:15/01/18

“HTC” şirkəti “U11 EYEs” adlı çərçivəsiz smartfonunu təqdim edib

"HTC" şirkəti "U11" seriyasına məxsus yeni smartfonunu təqdim edib. Orta səviyyəli "HTC U11 EYEs" adlı model indi dəbdə olan çərçivəsiz dizayna malikdir, smartfonu sıxmaqla idarə etməyə imkan verən "Edge Sense" sensor kənarı, həmçinin ikiqat "selfi" kamera ilə təchiz edilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "HTC U11 EYEs" smartfonu "Full HD+" (2160x1080 piksel) təsvir ölçülü 6 düymlük "Super LCD3" ekran, barmaq izlərinin skaneri, 5+5 meqapiksellik ikiqat ön kamera və 12 meqapiksellik əsas "UltraPixel 3" kamerası ilə təchiz edilib. Bundan başqa, smartfon "Qualcomm Snapdragon 652" prosessoru, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq fləş yaddaş ("microSD" formatlı kartların köməyi ilə daxili yaddaşı artırmaq mümkündür) ilə təchiz edilib.
 
"Qualcomm Quick Charge 3.0" sürətli enerjidoldurma texnologiyasına malik akkumulyatorun tutumu 3930 milliamper/saat təşkil edir. "USB Type-C" portu akkumulyatora enerji doldurmaq üçün istifadə olunur. 2 ədəd SİM kart dəstəklənir, "4G LTE", "Wi-Fi" (802.11 ac), "Bluetooth 4.2", "GPS" və "QLONASS" kommunikasiya vasitələri əlçatandır.
 
Smartfon "HTC Sense UI" interfeysinə malik "Android 7.1.2 Nougat" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Qurğu, həmçinin "IP67" standartı üzrə su və toza qarşı dayanıqlıdır. Smartfonun ölçüləri 157,9x74,99x8,5 mm, çəkisi 185 qram təşkil edir. Qara, mavi və qırmızı rəngli korpuslarda əlçatandır. 1 fevral 2018-ci ildən "HTC U11 EYEs" smartfonunun satışına başlanılacaq, hələ ki 504 ABŞ dollarına bu smartfonu ilkin sifariş etmək mümkündür.
 
Emil Hüseynov




Baxış sayı: 324

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024