12px13px15px17px
Tarix:17/01/18

Qlobal İT bazarının həcmi artmağa davam edəcək

“Gartner” analitiklərinin məlumatına görə, qlobal İT bazarının həcmi korporativ proqram təminatı sayəsində artmağa davam edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “servernews.ru” saytına istinadən yazır ki, analitiklərin proqnozuna görə, 2018-ci ildə informasiya texnologiyalarına sərf olunacaq xərclər 3,7 trilyon dollara yaxınlaşacaq. Bu, ötən illə müqayisədə 4,5% yüksəkdir. Məlumata görə, 2017-ci ildə 3,8%-lik artım qeydə alınıb, 2019-cu ildə isə bu göstərici 2,7% təşkil edəcək.

İT sahəsində artıma səbəb əsas amillərdən biri şirkətlər tərəfindən istifadə edilən proqram təminatıdır. Cari ildə proqram təminatının satış həcmi 9,5% yüksələrək 389 milyard təşkil edəcək. 2019-cu ildə artım 8,4% təşkil edəcək. Təşkilatlar proqram təminatına xərcləri artıracaq, həm də bir çox şirkətlər SaaS həllərinə üstünlük verəcək.

Bundan başqa, İT xidmətlərə tələbat artır: 2018-ci ildə bu seqmentin həcmi 5,5% yüksələcək. İT avadanlığın (kompüter, mobil telefon və başqaları) satış həcmi 5,6% artacaq. “Windows 10” əməliyyat sisteminin Çin, Latın Amerikası və Şərqi Avropa bazarlarında korporativ seqmentin inkişafını təmin etməsinə baxmayaraq, fərdi kompüterlərin tədarük həcmi, ehtimal ki, ötənilki səviyyədə qalacaq.

Emil Hüseynov




Baxış sayı: 452

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024